Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tikinti kooperativinin rəhbəri barəsində cinayət işi

 

Xeberinfo.com:   Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin “198” saylı Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı kooperativin direktoru Rəşad Camalovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi vəsair nemətlər əldə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 55 saylı ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzilin satışının rəsmiləşdirilməsi üçün ondan kooperativin işçisi Tural İsayev vasitəsilə 2 min manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam