Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məşhur tikinti şirkətinə cinayət işi açıldı

 

Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. 

    "Xeberinfo.com": Baş Prokurorluqdan əldə etdiyimiz məlumata görə, “Oba” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Araşdırmalar zamanı “Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələrində, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb.

     Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam