Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Eldar Mahmudova məxsus hektarlarla torpaq sahəsi

 

Sabiq MTN generalı Akif Çovarovun Masazırda nəhəng istixana kompleksinə, hektarlarla torpaq sahəsinə malik olduğu kimsəyə sirr deyil.
Xeberinfo.com:   Bugünlərdə etibarlı mənbədən Moderator.az-a daxil olan məlumatda, keçmiş MTN rəhbəri Eldar Mahmudovun da Masazırda hektarlarla əraziyə malik olduğu ilə bağlı maraqlı informasiya yer alıb.
Bu barədə saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq nazirə məxsus torpaq sahələri Masazırdakı “Qurtuluş” yaşayış kompleksi ilə “Villa Badam” kompleksi arasındakı ərazidə yerləşir:
“E.Mahmudova məxsus torpaq sahəsi Abşeron rayonunun Masazır qəsəbəsində ən perestijli ərazilərdən biri hesab edilən sahədə – “Qurtuluş”la “Villa Badam” ərazisindəki sahədə yerləşir. Hektarlarla torpaq sahəsinin E.Mahmudov tərəfindən necə mənimsənilməsinə gəlincə, bu məsələdə Akif Çovdarov amilinin müstəsna rol oynadığı birmənalıdır.
Sadə vətəndaşların sıxışdırılması, həbs edilməsi və döyülməsi hesabına özünə Masazırda böyük bir imperiya quran, hektarlarla torpağa əl qoyn A.Çovdarov, həyata keçridiyi “torpaq ekspansiyası” fonunda öz nazirini də unutmayıb. A.Çovdarov “özünəməxsus üsullarla” on hektarlarla ərazini qısa zamanda E.Mahmudovun şəxsi mülkiyyətinə çevirib ki, bu torpaqlar bu gün də E.Mahmudova yaxın şəxslərin mülkiyyətindədir”.
Mənbənin məlumatına görə, “MTN işi” çərçivəsində E.Mahmudova məxsus bir çox ticarət mərkəzi və şirkətlər, avtomobillər salonları və marketlər aşkar edilsə də, Masazır və bu qəbildən olan “gözdən uzaq” yerlərdə sabiq nazirə məxsus yüz hektarlarla torpaq sahəsinin mövcudluğu şübhəsizdir. Hansı ki, aparılacaq araşdırma bu torpaqların üzə çıxarılmasını təmin edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam