Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qoşqar Təhməzlinin müşavirinin şirkətinə 30 minlik sifariş -FOTO

    Qoşqar Təhməzlinin müşavirinin şirkətinə 30 minlik sifariş (FOTO)
Abşeron Rayon Mərkəzi Xəsətxanası “Ecomedi” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) sanitariya-gigeyena xidmətləri alır.

Yenixeber.org: Şirkət Xəstəxananın bununla bağlı keçirdiyi tenderin qalibi olub.
“Ecomedi”nin göstərəcəyi xidmətə görə Abşeron Rayon Mərkəzi Xəstəxanası 30 995,06 manat ödəyəcək.
“Ecomedi” QSC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofqi oğludur. Ondan əvvəl şirkəti Fərid Eyvazov təmsil edib. O, Bakı Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışır.
Cövdət Mehdixanlıya gəlincə, o, vaxtilə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. Sonrakı məlumatlarda isə onun adı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədir Qoşqar Təhməzlinin müşaviri kimi çəkilir.
Cödət Mehdixanlının hələ də bu vəzifədə çalışdığı bildirilir. AQTA-dan bu faktı dəqiqləşdirmək mümkün olmayıb. Onun işdən çıxarılması barədə heç bir məlumata rast gəlinmir.(Qaynarinfo)

Cövdət Mehdixanlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam