Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Məzahir Əfəndiyevin namizədliyi etiraz doğurdu -VİDEO

Məzahir Əfəndiyevin namizədliyi etiraz doğurdu - VİDEO
"Göyçay sakinləri Məzahir Əfəndiyevin yenidən bu ərazidən deputatlığa namizəd olmasından narazıdır. Seçicilər bildirirlər ki, M.Əfəndiyev deputat mandatı daşıdığı illər ərzində onların hər hansı ciddi probleminin həllinə dəstək göstərməyib. Məzahir Əfəndiyev rayona demək olar ki, yalnız rəsmi dövlət tədbirlərində iştirak üçün gəlib".

Yenixeber.org: Bu barədə məlumat redaksiyamıza rayondakı mənbələrdən daxil olub. Seçicilər qeyd edirlər ki, Məzahir Əfəndiyevin 4 illik deputatlıq dövrü formal fəaliyyətdən ibarət olub: "Problemlərlə bağlı ona ünvanlandığımız məktubları ayrı-ayrı qurumlara göndərməklə işini bitmiş hesab edib. Demək olar ki, heç bir ciddi problemin həllinə nail olmayıb. Dövlət tədbirlərindən başqa onu xeyirdə-şərdə xalqın yanında görməmişik.
Milli Məclisdə də hər hansı ciddi çıxışına, hansısa problemi qaldırmasına şahidlik etməmişik. Bir dəfə çıxışa yazılmışdı, onu da texniki səhv edərək ləğv etdi. O səhnələri mediadan izləyib çox məyus olduq".
Seçicilər bildirirlər ki, onlar 92 saylı Göyçay-Ağdaş seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi Firəngiz Məmmədyarovanı dəstəkləyirlər və ona səs verəcəklər.(editor.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam