Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Məşhur Məmmədova da "quş" qoyulub:YAP-çı deputatı bitərəf əvəzləyə bilər

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir sıra namizədlərin "qutu"da saxlanılacağı bildirilir.
Yenixeber.org: Səbəb seçkilərdə demokratik görüntünü yaratmağa hesablanıb. 
Bu barədə seçki prosesini yaxından müşahidə edən və müəyyən bilgilərə sahib olan texnoloqlardan biri deyib. 
Onun sözlərinə görə, bu addım həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçilərinin rəyinin bir qədər yumşaq olmasına görə atıla bilər.  
Yəni bir neçə dairədə YAP-ın namizədləri bitərəflərlə əvəzlənə bilər, bir neçəsində isə nəticələr ləğv ediləcək. Ümumilikdə 10-a qədər dairədə nəticələrin ləğvi gözlənilir. 
Bu dairələrdən birinin də 74 saylı Masallı Seçki Dairəsi olması ehtimal olunur. Həmin dairədə isə hakim partiyanın namizədi Məşhur Məmmədovdur. Amma bu namizəd YAP üçün elə də önəm kəsb etmir, çünki biznesmen deputat Məşhur Məmmədov Milli Məclisin "lal deputatlar" kateqoriyasına aiddir, həmçinin Masallıda da ciddi bir iş görməyib, xalqın etimadını qazana bilməyib.  
Məşhur Məmmədov ölkədə deputatdan çox elə məşhur "Embawood" mebel şirkətinin rəhbəri kimi tanınır. 
Ona görə də bu dairədən Məşhur Məmmədovun seçilməsi də sual altındadır. Yəni onun da qarşısında "quş" qoyulub, sadəcə, onu kampaniyası dövründəki müsbət fəaliyyəti xilas edə bilər.("arqument.az") 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam