Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Yuxusu əlindən alınmışlar

 

Görmüşdük gecə düşəndə adamlar yatardı.Bütün günü küçələrdə,tinlərdə gəzən sahibsiz itlər,pişiklər yatardı.Gündüz yem axtarıb tapıb,tapmayan quşlar yatardı.

Yenixeber.org: Yorulub əldən düşmüş şəhər yatardı.İndi nə adamlar yatır,nə süləngi itlər yatır,nə quşlar,nə də şəhər yatır.Adamların da,itlərin də,quşların da,şəhərin də bir tikə çörək istəyi onların yuxusunu əlindən alıb.

Tək olmayacam

O,yeni mənzil almışdı.Pəncərələrə pərdə çəkmədi.Dedi,səhərlər pərdəsiz pəncərəmdən günəşi salamlayacam,axşamlar ayı,ulduzları evimə dəvət edib onlarla səhəri açacam.Kimsəsizlər kimi dörd divar arasında tək olmayacam.Yoldaşlarım gündüz günəş,axşam ay,ulduzlar olacaq.

Yaz gəldi

 Yaz gəldi,təbiətin oyanışı başladı.Bütün ağaclar oyanmışdı,biri tumurcuqlamışdı,biri çiçəkləmişdi.Hamsı işıq saçırdı,adamın üzünə gülürdü.Cavan bir ərik ağacından başqa.Yaxınlaşıb gövdəsinə sığal çəkdim.Özümü əriyin qarşısında günahkar bildim.Bağışla,bağışla,məni ərik ağacı.Güclü bağban olub dərdini,ağrı,acını bilmədim.Mənim naşılığım sənin qurumağına səbəb oldu.

Uşaqlığımı soruşdum

Kəndə getdim,tozlu yollardan uşaqlığımı soruşdum,güləklər apardı,çaydan soruşdum,dedi,sellər apardı.Göy çəməndən soruşdum,dedi,otlar apardı.Meşədəki cığırdan soruşdum,dedi,izlər apardı.Beləcə soruşmadığım kimsə qalmadı.Beləcə əlim ətəyimdən uzun şəhərə qayıtdım.

Ölmədim

Şükür,min dəfə şükür,bu bəladan,bu ağrıdan da belə qurtardım. Ölmədim.Yaşayıram.Yaşamağıma  görə təşəkkürümü,minnətdarlığımı kimə bildirim? Tanrıyamı,əziyyət çəkən doğmalarımamı? Tanrı möhlət verdi,doğmalarım qulluğumda durdu.

Yağış

Aylarla yerin arzuladığı,həsrətini çəkdiyi şıdırığı yağış qəfildən kəsdi.Gün çıxdı.Yer yağışın kəsməyini heç istəmirdi.Neçə vaxt idi ki,həsrətlə onu gözləyirdi.Yağış torpağı doydurmadan kəsdi.Yer üzünü göyə tutub yağışa dedi:-Niyə belə tez kəsdin,axı mən hələ səndən doymamışam.Bilirəm doymamısan,bunun günahı məndə yox,günəşdədir.Odur məni yağmağa qoymayan.Üzülmə,mən buxarlanıb göyə qalxanda yenidən qayıdacam səninlə görüşə-dedi yağış.

Yetimləşib bu kənd        

Neçə vaxtır gələni yox,gedəni yox bu kəndin.Kimsəsizləşib,yetimləşib,bağlı qapılarıyla.Yollarını,cığırlarını ot basıb,qapılarındakı qıfılların pası üstündən pas atıb.Adamsızlıqdan nə vaxtdır kənd yuxuya gedibdir.Axşamı düşmür,səhəri açılmır insansız kəndin.İsitməyə insan yoxsa,nurlandırmağa kimsə yoxsa, bu kəndə günəş nə lazımdır,ay nə lazımdır.

Gün o gün olaydı

Gün o gün olaydı,yol gedəndə qabağıma müəllim çıxaydı.Tez papağımı başımdan çıxaraydım,yerişimi itirəydim,dilim dolaşa-dolaşa salam verəydim müəllimə.Salamımı alaydı,sevindirəydi məni.Tez evə qaçıb evdəkiləri muşduluqlaydım müəllim salamımı aldı deyə.

Sonra sabahkı dərsimi oxuyaydım.Oxuyub öyrənəydim ki,müəllimin yanında başı aşağı olmayım.

Sənin yadında olar

Biz nə vaxt ayrıldıq,yəqin ki,sənin yadında olar.Mənim yadımda deyil.Bəlkə dünən idi,bəlkə də sıraha gün.Mənə görə min ildir biz ayrılmışıq.Min ildir ki,mən sənsiz,sən mənsiz.Niyəsini nə sən bilirsən,nə mən.

Məhərrəm Şəmkirli

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam