Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir?

bitmap-img6

Sentyabr ayının birində Azərbaycanda keçiriləcək parlament seçkilərində Nəsimi rayon icra Hakimiyyətinin başçısı Asif Əsgərovun Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsi bəzi şəxsləri hərəkətə keçirib. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmaq üçün böyük canfəşanlıq göstərən məmurlardan biri dəNaftalan Şəhər İcra hakimiyyətinin başçısı Vüqar Novruzovdur. 
Yenixeber.org: Vüqar Novruzov özünü bu posta ən şanslı nammizədlərdən hesab edir. 
Vüqar Novruzova bu məsələdə dəstək verən, kanalları vasitəsilə yardım etməyə çalışan şəxslərdən biri də atası, Respublika Auiditorlar Palatasının sədri Vahid Novruzovdur.  
Mənbə qeyd edir ki, Vüqar Novruzov özü haqqında bacarıqlı, təşəbbüskar məmur obrazı yaratmağa çalışsa da, əslində onun heç bir prespektivi yoxdur. 
"Vüqar Novruzov 2019-cu ildən Naftalan şəhərinə başçılıq edir. Gəlin bu beş ilə nəzər yetirək: nə dəyişdi ölkənin yeganə tibbi sanatoriya şəhərində? Hər yer dağınıq, hər yer səliqəsiz. Bu beş il Naftalanlıların ömründən havayı getdi. Bütöv şəhər 4-5 sanatoriya sahibinin ümidinə qalıb. Əgər bu sanatoriyalar olmasa naftalanlılar acından ölər."-deyə, qeyd edirlər. 
Məlumatda daha sonra Vüqar Novruzovun təşəbbüskar rəhbər olmadığı da vurğulanır: "Vüqar Novruzov bu beş ili gününü sayan əsgər kimi yola verib. Pullu atasına güvənən V. Novruzov gəldiyi gündən Naftalanda iş görmək əvəzinə ancaq paytaxtın hansısa rayonuna başçı göndəriləcəyi sərəncamı gözləyib. Bu illər ərzində Vüqar Novruzov hələ bir dəfə də olsun yerli sahibkarları yığıb onların dərdi ilə maraqlanmayıb. Keçən bu beş il ərzində Vüqar Novruzovun təşəbbüsü ilə Naftalanda bir dənə də olsun iş yeri açılmayıb. Bu beş ildə Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir? ".
Qeyd edək ki, Vüqar Novruzov 2019-ci ildə Naftalan Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.(azfakt.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam