Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

YAP-ın namizədi Əlibala Məhərrəmzadə ilə bağlı qalmaqal böyüyür -İLGİNC

image-1
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan namizədlərinin adlarını açıqladıqdan sonra ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaranıb. YAP-ın siyahısı ətrafında başlayan müzakirələr gündəmi daha da zənginləşdirib.

Yenixeber.org: Hazırda adı ətrafında böyük ajiotaj yaranan namizədlərdən biri də Əlibala Səttar oğlu Məhərrəmzadədir. Onun namizədliyi 59 saylı Quba Seçki Dairəsindən irəli sürülüb.

Qeyd edək ki, Məhərrəmzadənin deputat olmaq iddiası onunla bağlı sensasion sayılacaq məlumatların tirajlanmasına səbəb olub. Mətbuatın yazdığına görə, Qubadakı “Şahdağ Turuskavets” sanatoriyasının sahibi olan Əlibala Məhərrəmzadə borc içində “üzür”. Onun 10 milyon manata yaxın borcunun olduğu bildirilir. Maraqlıdır ki, Məhərrəmzadə bu xəbərləri təkzib etməyə həvəs göstərmir.

“Yenisabah” YAP-ın 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizədi Əlibala Məhərrəmzadə ilə bağlı yeni məlumatlar əldə edib. Hakim partiyanın Quba rayon təşkilatının rəhbər şəxslərindən biri bizimlə söhbət zamanı İdarə Heyətinin bu qərarının qubalı YAP-çıların ürəyincə olmadığını bildirib. Onun sözlərinə görə, Əlibala Məhərrəmzadə əslən Qubadan olsa da, rayonla sıx əlaqəsi yoxdur. O, hətta YAP-ın Quba rayon təşkilatının üzvü də deyil. Bakının Səbail rayonunda qeydiyyatda olan Məhərrəmzadənin YAP-ın Quba təşkilatının heç bir toplantısına qatılmadığı deyilir. Bu üzdən də qubalı YAP-çılar onun namizədliyinə soyuq yanaşırlar.

Mənbə YAP Quba rayon təşkilatının Əlibala Məhərrəmzadənin namizədliyinin dəyişdirilməyi üçün İdarə Heyətinə müraciət etməyə hazırlaşdığını bildirib.

Bildirək ki, hazırda 59 saylı Quba Seçki Dairəsində Əlibala Məhərrəmzadənin iki əsas rəqibi var. Bunlardan biri Milli Məclisin deputatı Vahid Əhmədov, digəri isə tanınmış siyasi şərhçi Əliabbas Məhərrəmovdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam