Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycana gələn Avropalıların sayı artıb -ərəblərin sayı isə azalıb

 Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, Azərbaycana gələn Avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb.
"Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.
Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam