Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

AYNA:"Parklanma tarifləri yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq"

Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.

Yenixeber.org: Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda küçə parklanma yerlərinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri əsas götürülməklə müvafiq tədbirlər görülür. Hökumətin qərarı dövlət avtomobil yollarının tərkibinə daxil olan küçələrdəki parkinqlərə aiddir. Hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni, mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçinin özü qəbul edəcək.

AYNA həmçinin bəyan edb ki dövlətə məxsus parklanma yerlərinin icarəyə veriləcəyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam