Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Təhsil Nazirliyindən ləğv olunmuş fənlərin müəllimləri ilə bağlı tapşırıq

 

Azərbaycan Təhsil Nazirliyi bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllər üzrə təşkil olunacağı məktəblərin 10-11-ci siniflərində ləğv olunmuş fənlərin müəllimləri ilə bağlı yerli təhsili idarəetmə orqanlarına tapşırıqlar verib.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

 

Onun sözlərinə görə, bu tapşırıq həmin müəllimlərin dərs saatları ilə təminatı ilə bağlıdır.

 

İ.Nağıyev bəzi fənlərin ləğv edilməsinin onu tədris edən müəllimin maddi durumuna təsir göstərməməsi üçün yaxın məktəblərdə də dərs saatının verilməsi istiqamətində hazırda işlərin aparıldığını da söyləyib: “Müəllim öz işlədiyi məktəbdən başqa qonşu məktəblərdə də dərs deyə bilər. Artıq yerli təhsil idarətetmə orqanlarına müvafıq tapşıq verilib ki, həmin müəllimlər dərs yüksüz qalmasın”.

 

Nazirlik rəsmisi bildirib ki, təmayüllü siniflərin yaranması nəticəsində yuxarı siniflərdə hər hansı müəllimin dərs yükü azala bilər. Amma ölkə, eləcə də Bakı şəhəri üzrə müəllimlərin dərs yükü ilə bağlı ümumi mənzərəyə baxıldıqda böyük fərqin yaranması müşahidə edilməyəcək: “Müəllimlərin narazılığı olur. Amma biz konkret bir məktəbin, bir müəllim üzərində deyil, respublika və Bakı üzrə ümumi mənzərəyə baxsaq, görərik ki, bu, elə də böyük nəticələrə səbəb olmayacaq. Bu, kompensasiya olunacaq və öz axarına düşəcək”.

 

İ.Nağıyev qeyd edib ki, tədris ili bitəndə müəyyən edilmiş yaş həddinə çatmış müəllimlər pensiyaya çıxırlar: "Belə müəllimlərin isə sayı az olmur. Digər tərəfdən, analıq məzuniyyətinə də çıxan müəllimlərin sayı kifayət qədərdir. Bəs bu dərs yükləri kimin üzəində qalır? Bu dərs yükləri də müəllimlərin arasında bölüşdürülür. Hər hansı müəllim təmayüllü siniflərin yaradılmasına görə öz dərs yükünü itirsə də, yaş həddi, analıq məzuniyyəti və digər səbəblərə görə işindən uzaqlaşan müəllimlərin dərs yükü bölüşdürüldüyündən bu, kompensasiya olunacaq”.

 

İ.Nağıyev əlavə edib ki, son illərdə məktəblərdə I sinfə qəbul olunan şagirdlərin sayı da artır: "Bu amil özü müəllimlərin dərs yükünün artmasına səbəb olur. Bu, o deməkdir ki, müəllimin hansısa konkret bir sinifdə dərs yükü azalsa da, digər siniflər üzrə dərs yükü artır. Ola bilər ki, bir müəllimin bu tədris ilində dərs yükü az olsun. Amma gələn tədris ilində siniflərin sayı çoxaldıqca, bu da öz-özlüyündə kompensasiya olunacaq”.

 

Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədris təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.

 

Tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə isə 10-dək azaldılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam