Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsili bərbad halda olan rayon - QOBUSTAN

 

Füzuli Gülalıyevin qışlaq məktəblərində saxtakarlıqla məşğul olduğu, şagirdlərdən pul yığdığı, müəllimlərə dərs saatlarını maraqları çərçivəsində verdiyi iddia olunur 

Xeberinfo.com:   Qobustan rayon təhsilində çalışan bir qrup müəllim təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. JAM.AZ-ın elektron ünvanına göndərilmiş həmin müraciətdə təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin bir sıra qeyri-qanuni əməllərindən bəhs olunur. 

Müəllimlər yazırlar ki, şöbə müdiri Qobustanda təhsilin bərbad hala düşməsinə, uşaqların tədrisdən kənar düşmələrinə şərait yaradır. Onların sözlərinə görə, rayondakı bir çox məktəblərdə dərslər keçirilmir. «Xüsusilə, qışlaq zonasında olan məktəblərin adı var, özü isə yoxdur. Orada saxta yollarla jurnallar yazılır, müəllimlərə verilən əmək haqqı isə yarıbayarı mənimsənilir».

JAM.AZ-a göndərdikləri müraciətlərində təhsil işçiləri vurğulayırlar ki, bir çox məktəblərdə artıq dərs saatları bəzi ixtisasa uyğun olmayan müəllimlərin adına yazılır. «Əmək haqqlarının bir qismi də bu yolla mənimsənilir. Uşaqlara paylanacaq dərsliklər və digər dərs ləvazimatları onlara verilmir. Məktəblərdə şagirdlərdən əsassız olaraq pul toplanılır. Müxtəlif adlar altında toplanan bu pullar təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin cibinə gedir». 

Onlar nazirdən xahiş edirlər ki, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyevlə bağlı ölçü götürsün. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam