Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Birinci siniflərdə tədrislə bağlı yenilik

 

Azərbaycanda bütün ölkə üzrə orta məktəblərin I siniflərində dərs saatlarının digər siniflərlə müqayisədə yarım saat və ya 1 saat geç başlanılması təklif edilir

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı bütün ölkədə qayda tətbiq edilməli və Təhsil Nazirliyi tərəfindən vahid reqlament təsdiq olunmalıdır.
İbtidai siniflərin I növbədə dərs keçdiklərini və bunun da pedaqoji tələblərə uyğun olduğunu deyən Ə.Ağayev deyib ki, dərslərin I növbədə bir qədər gec başlanılması I siniflərin təhsilinə daha səmərəli təsir göstərə bilər: "Əgər məktəbdə dərslər digər siniflərdə saat 8-də başlayırsa, I siniflərin dərsi saat 9-da başlamalıdır. I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar".
Ə.Ağayev hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər.
Şura sədrinin sözlərinə görə, hazırda ölkədə çox az sayda məktəb I siniflərdə dərsləri digər siniflərdən bir qədər geç başlayırlar: "Həmin məktəblər də bunu daha çox valideynlərin tələbi ilə edir və bununla bağlı məktəbin daxili Pedaqoji Şuraları qərar verir".
Təhsil Nazirliyindən (TN) isə Trend-ə bildirilib ki, hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur.
Nazirlikdən əlavə edilib ki, məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində dərslərin bu amilləri nəzərə almaqla, bir qədər geç başlanılması mümkündür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam