Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Oliqarxların “Maliyyə xəyanəti”nə Azərbaycan göz yummalı deyil"

 

Ərəstun Oruclu: “Artıq ölkənin iqtisadi vəziyyəti, maliyyə durumu elə bir həddə çatıb ki, Avropa Oyunlarını gözləməyə vaxt yoxdur”
 
Zahid Oruc: “Düşünmürəm ki, biz bu həbslərin Azərbaycanın imicinə müsbət və ya mənfi təsir edəcəyi haqqında danışmalıyıq”
"Xeberinfo.com":  Son günlər bir-birinin ardınca yüksək rütbəli məmurlara bağlılığı ilə tanınan iş adamlarının həbsi ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Məlum olduğu kimi, Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir vaxtda cəmiyyətdə əsas mövzu da məhz oyunlara aparılan hazırlıq işləri idi. Hətta Avropa Oyunları həyəcanı parlament seçkilərini də unutdurmuşdu. 
İndi isə cəmiyyətin əsas diqqəti bu həbslərə yönəlib. Həbslərin səbəbi ilə bağlı rəsmi məlumat olmasa da, mətbuatda bu prosesin Beynəlxalq Banka olan kredit borclarına görə aparıldığı iddia olunur.
Saxlanılanlar arasında sabiq deputat Dünyamin Xəlilovun, iş adamı Nizami Piriyevin, "Avesta" holdinqin rəhbəri Hacı İbrahim Nehrəmlinin adları çəkilir. Sual yaradan məqamlardan biri də prosesin niyə məhz Avropa Oyunları ərəfəsində başladılmasıdır. İddialar müxtəlifdir. Çoxları bu həbsləri hökumətin dəhşətli maliyyə sıxıntısı yaşaması ilə əlaqələndirir. 
Musavat.com-un mövzu ilə bağlı suallarını cavablandıran politoloq Ərəstun Oruclu bildirdi ki, prosesin Avropa Oyunları ərəfəsində ortaya çıxması onu göstərir ki, iqtisadi və siyasi sferada təcili tədbirlər görülməlidir: “Əsas səbəbi izah etmək bir qədər çətindir. Çünki rəsmi məlumatda səbəb o göstərilir ki, bu şəxslər dövlətin həmtəsisçisi olduğu bankın böyük həcmdə kreditini faktiki olaraq mənimsəyiblər və qaytara bilmirlər. Səbəb budur. “Maliyyə xəyanəti” adlanan bir ifadə də dövriyyəyə buraxılıb. Mən düşünürəm ki, bir çox səbəblər var. Bilirsiniz ki,  Beynəlxalq Bank daim Azərbaycan bank sektorunun brendi kimi təqdim olunub. Beynəlxalq Bank Azərbaycan bankları arasında xarici ölkələrdə filialları, beynəlxalq tərəfdaşları olan əsas bank idi. Bu bankın hazırki vəziyyətə gəlib çıxması Azərbaycanın həm iqtisadi, həm siyasi mühitinə ağır zərbədir. Bu zərbə o dərəcədə ciddi idi ki, bank rəhbərini belə, işdən azad etməli oldular. Görünür, bank rəhbərinin işdən götürülməsi də problemlərin aradan qaldırılmasına təsir göstərmədi və bundan sonra qərara alındı ki, mənimsənilən vəsaitlərin geri qaytarılması üçün həbslər həyata keçirilsin”. 
Politoloq onu da vurğuladı ki, həmin həbs olunan şəxslərin mülkiyyətinin sahiblərinin dəyişdirilməsi də qarşıya qoyulmuş məqsədlərdən biridir və bu variant istisna deyil: “Bunun niyə məhz Avropa Oyunları ərəfəsində ortaya çıxması ilə bağlı isə onu demək olar ki, artıq ölkənin iqtisadi vəziyyəti, maliyyə durumu elə bir həddə çatıb ki, gözləməyə vaxt yoxdur. Mən bu variantı istisna etmirəm. Ola bilər ki, son proseslər baş verməsə idi, bu işlərdə əli olan şəxslərin və himayədarlarının siyasi mənada fəallaşması baş verə və hakimiyyətin içində ona opponent olan bir qüvvə ortaya çıxa bilərdi. Onun qarşısını almaq üçün bu addım atıldı. Bunlar versiyalardır. Əsl səbəbi isə təbii ki, zaman göstərəcək”. 
Ə.Oruclunun fikrincə, son dövrlərin iqtisadi böhranı fonunda bu hadisələrin belə qabarıq şəkildə gündəmə gəlməsi, xüsusilə də hakimiyyətin son dərəcə həssas yanaşdığı Avropa Oyunları ərəfəsində ortaya çıxması onu göstərir ki, iqtisadi və siyasi sferada təcili tədbirlər görülməlidir. 
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc musavat.com-a açıqlamasında qeyd etdi ki, istənilən ölkənin həyatında mühüm beynəlxalq tədbirlər və hadisələr baş verə bilər və bu cinayətkarlıqla mübarizəyə əngəl olmamalıdır: “Məhz bundan yola çıxaraq, o arqumentlə çıxış etsək ki, beynəlxalq tədbirlər hansısa hüquqi və ya fiziki şəxsləri məsuliyyətdən azad edir, onda qanunvericilik aktları işləməzdi, zamana və məkana görə dəyişərdi və heç bir gücü qalmazdı. Düşünmürəm ki, biz bu həbslərin Azərbaycanın imicinə müsbət və ya mənfi təsir edəcəyi haqqında danışmalıyıq. Belə yanaşmalar yanlış ola bilər. Biz xarici reaksiyaların bizim üçün nə dərəcədə önəm daşıdığını deyil, konkret situasiyada külli miqdarda vəsaitlərin taleyini, eyni zamanda da digər qanun pozuntularının aşkarlanmasını və onların qiymətləndirilməsinə gedirik”. 
Z.Orucun sözlərinə görə, əgər bunun üçün zaman verilsəydi və bütün bu məsələlər iyulun 1-dən başlamış olsaydı, o zaman da iddialar belə olacaqdı ki, Azərbaycan əldə etdiyi mühüm beynəlxalq nüfuzu indi daxildə müxtəlif şəxslərə qarşı istifadə edir: “Hətta başqa iddialar da var ki, Azərbaycan beynəlxalq idman tədbirinə ev sahibliyi etməklə xarici dayaqlarını gücləndirəcək və sonra bunu Ermənistana qarşı müharibəyə başlamaq üçün istifadə edəcək. İndi heç olmasa, məsələ daxildə hər hansı qanun pozuntusunun mühakiməsindən gedir. İkincisi, buna reaksiyalar təbii ki, müəyyən bir səviyyədə olacaq. Düzdür, diplomatik korpusun vəzifəsi o deyil ki, Azərbaycanda iş adamları və ya oliqarxlar adlandırılan şəxslərlə bağlı bəyanatlar versinlər. Təbii ki, onlar bu hadisələri izləyirlər. Əvvəllər hökuməti onda ittiham edirdilər ki, yuxarı vəzifələrdə olan şəxslər tərəfindən iş adamlarının müdafiə olunması iqtisadi sistemdə qeyri-dayanıqlıq yaradır, bərabər rəqabət imkanlarını pozur, onlar başqalarından üstün imkanlar əldə edirlər. Hökuməti bunda ittiham edirdilər. İndi əks sistem başlayan kimi dərhal böyük biznesə təhlükədən, külli miqdarda vəsaitlərin ölkəni tərk edə biləcəyindən, xarici kompaniyaların da bundan ehtiyatlanaraq ölkədə iş qurmaq qərarına bir daha baxacaqlarından danışırlar”. 
Millət vəkilinin fikrincə, əgər kiçik bir borca görə sadə vətəndaşlar cəzalandırılırsa, milyonlarla manat vəsait mənimsəyən iş adamları da istisna təşkil etməməlidir: “Belə çıxır ki, Beynəlxalq Bankın, dolayısı ilə dövlətin vəsaitlərini xüsusi təminatı olmayan, qeyri-müəyyən, əsaslandırılmamış layihələrə yönəltmək cəzasızlıq doğurmalıdır, ancaq cəmi 50 min manat borcu olan sadə vətəndaş məhkəməyə cəlb olunmalı, onun evi əlindən alınmalıdır. Ancaq kimlərinsə aldığı milyonlarla manat krediti geri qaytarmaq tələbi ölkədəki biznes mühitini korlaya bilər və buna göz yumulmalıdır. Burada mövqe o deyil, biznes mühitinə zərbə vurulsun. Məsələ çox sadədir, alınmış vəsaitlər geri qaytarılmalıdır. Deməli, dövlətin vəsaitlərini çox aşağı faizlə alırsan, bununla hər hansı bir iş ortaya qoymursan, sonradan həmin vəsaitlə manat-dollar hadisəsində möhtəkirlik edib, kütləvi şəkildə dollar əldə edirsən. Yəni, dövlətin öz pulu ilə başqa bir pulunu alırsan və bunu şəxsiləşdirirsən. Hesab edirəm ki, Azərbaycan beynəlxalq tədbirlərə baxmadan ölkənin həyatında baş verənlərə adekvat münasibətini ortaya qoymalıdır. Hüquqi cəmiyyət odur ki, orada hər kəsin bərabər şəraiti olsun. Azərbaycan bu məsələlərin əleyhimizə çevriləcəyini görərək, kimlərinsə dövlətin milyonlarla manat vəsaitini mənimsəməsinə və dövlət əleyhinə istifadə etməsinə göz yummalı deyil”. 
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam