Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Cahangir Hacıyev işi”nin davamı olacaq

 

  İri biznes nümayəndələrinin ardınca bankirlərin həbsi gözlənilir

“Xeberinfo.com”: Azərbaycan  Beynəlxalq Bankının kredit qalmaqalının həbslərə səbəb olacağı ilə bağlı  yazdıqlarımız təsdiqini tapmaqdadır. Bir müddət əvvəl “Beynəlxalq Bankda həbslər ola bilər” sərlövhəli yazımızda bu həbslərin anonsunu vermişdik. (Təəssüf ki, mövzu ilə bağlı Azərbaycan  Beynəlxalq Bankının idarə heyətinin sədri vəzifəsini icra edən Emil Mustafayevə ünvanladığımız 20. 04. 2015-ci il tarixli 011/015 №-li məktubumuza hələ də cavab ala bilmirik.)  Hələlik bank rəhbərliyindən həbslər olmasa da, iri məbləğdə kredit götürmüş bir  neçə iş adamı istintaq altındadır. Həbs olunanlar arasında “Azərinşaat” MMC-nin direktoru Mehdi Əliyev, Şəki İcra Hakimiyyətinin keçmiş rəhbəri Murad Cabbarlı, Əbdül Ansuxski (90-cı illərin əvvəlində qətlə yetirilmiş deputat və iş adamı Əli Ansuxskinin oğlu), “Xəzər Adaları”nın sahibi Hacı İbrahim Nehrəmli (Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı) və “Azərbaycan Metanol Şirkəti” ASC (AzMeCo) –nin sahibi Nizami Piriyev və s. tanınmış isimlər də var.

 Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumata görə, həbs olunan iş adamlarının yalnız çox kiçik bir hissəsinin adı mətbuata sızıb. Ancaq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində bu şəxslərdən başqa da iş adamları var. Sadəcə olaraq onların çoxu ictimaiyyətin tanıdığı isimlər deyil. Həm də bu şəxslərin yaxınları hələ nə edəcəklərini bilmədikləri üçün mediaya məlumat verməkdən çəkinirlər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbslərə əl atmasının səbəbi isə Azərbaycan Beynəlxalq Bankı və eləcə də digər bankların kredit fırıldaqlarına qısa zamanda son qoymaq üçün alternativ yolun olmamasından irəli gəlir. Çünki, bankdan iri məbləğdə kredit götürmüş, onun önəmli bir hissəsini mənimsəmiş və eyş-işrətlərə xərcləmiş iş adamlarının ölkədən qaçmaq təhlükəsi varmış. Daha doğrusu bankların, xüsusilədə Azərbaycan Beynəlxalq Bankının əsaslandırılmamış və tam girovla təmin olunmamış kredit fırıldaqlarında önəmli rol oynamış Bünyamin adlı şəxsin hüquq-mühafizə orqanlarının diqqətindən yayına və ölkədən qaça bilməsi digərlərinin də ölkədən qaçmaq təhlükəsi doğurduğundan həbslərə start verilib.

Həbs olunan iş adamlarının ifadələri isə müxtəlif bankirlərin, xüsusilə də qalmaqallı kreditlərin 60%-i payına düşən Azərbaycan Beynəlxalq Bankının bəzi əməkdaşlarının həbsini reallaşdıracaq. Məsələn, “Xəzər Adaları” layihəsinin sahibi Hacı İbrahim Nehrəmli mətbuat nümayəndələri ilə aprel ayında keçirdiyi görüşdə bildirmişdi ki, o üç binanın girov qoyulması müqabiləndə Azərbaycan Beynəlxalq Bankından 314 milyon manat kreditlə bağlı müqavilə bağlayıb. Çox maraqlıdır Hacı İbrahimin bu sözləri görüşdə iştirak edən media təmsilçilərinin diqqətini cəlb etməmişdi. Halbuki Hacı İbrahim faktiki olaraq mövcud olmayan 3 binanı girov qoymaqla Azərbaycan Beynəlxalq Bankından 314 milyon manat kredit götürür. Mövcud olmayan binalara görə Azərbaycan Beynəlxalq Bankının belə iri həcmli krediti verməyə niyə razı olmasına da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aydınlıq gətirməlidir.

Bütün bunlara görə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev, onun birinci müavini Emil Mustafayev və bankın “Premyer Müştəri Xidmətləri” filialının müdiri Fuad Cəfərov cavab verməli olacaqlar. Bu olay Maliyyə Nazirliyində də araşdırılmalıdır. Çünki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasına Maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edir. Nazir müavinindən başqa Maliyyə Nazirliyinin daha üç əməkdaşı da Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasında təmsil olunur. İndi söz hörmətli maliyyə naziri Samir Şərifovundur. Azərbaycan Beynəlxalq Bankında baş verən kredit fırıldağına nazirliyin niyə göz yummasına aydınlıq gətiriməlidirlər. Əks halda deyəsən bu məsələyə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aydınlıq gətirməli olacaq.

 

 

Aydın


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam