Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Oliqarxların problemi bu günün və dünənin problemi deyil"


 

Qubad İbadoğlu: “Bu həbslərin digərlərinə də təsiri altında ölkədən kapital çıxarılması genişlənə bilər”
 
Vüqar Bayramov: “Son həbslərin nağd pul kütləsinin ölkədən kənara çıxmasının artıracağını düşünmürəm”
 
Natiq Cəfərli: “Oliqarxlar ölkədən vəsaitlərini çıxartmağa çalışacaqlar”
"Xeberinfo.com":   Bir həftədən artıqdır ki, ölkədə oliqarxların qəfləti həbsləri davam etməkdədir. Saxlanılanlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdir. Kredit borcu olan məşhur iş adamlarının həbsinə münasibət birmənalı deyil. 
Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs-qətimkan tədbiri seçilib. Bildirilir ki, ümumilikdə Beynəlxalq Bankdan sayı ictimaiyyətə açıqlanmayan xeyli sahibkar 6 milyard manata qədər kredit götürüb. Lakin sonradan həmin kreditlərin qaytarılmasını naməlum səbəbdən həyata keçirməyiblər. 
Yayılan məlumatlara əsasən, istintaqa cəlb edilən və kredit borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. “Oliqarxgeyt” işinin bir neçə ay davam edəcəyi haqda məlumatlar da var.
Əksər ekspertlər isə bildirirlər ki, baş verənlər oliqarxların ölkədən vəsaitlərini çıxarması ilə nəticələnə bilər. 
Ekspert Qubad İbadoğlu isə bildirib ki, əslində həbs olunan oliqarxların problemi bu günün və dünənin problemi deyil: “Bu problem bir neçə il bundan əvvəl başlamışdı. Onların beynəlxalq banklara olan borcları hələ şübhəli borclar kateqoriyasında olanda Mərkəzi Bankın keçmiş sədrinə xəbərdarlıq olunmuşdu ki, həmin borcların qaytarılmasını təmin etsin. O da vaxt istəmişdi. Vaxt ötəndən sonrakı dövrdə dəyərləndirmələr göstərdi ki, artıq şübhəli borclar ümidsiz borclara çevrilib və yeni şübhəli borclar da yaranıb. Ona görə də keçmiş sədri işindən uzaqlaşdırmaq üçün başqa alternativ qalmamışdı. Düşünürəm ki, bankdan kredit adı ilə götürülən borclar çoxdan kapitallaşdırılıb və onların böyük hissəsi də çoxdan ölkə hüdudlarından kənardadır. Çünki kredit xətlərinin çoxu birbaşa xaricdəki sərmayələr üçün açılıb. Odur ki, mən hesab etmirəm ki, iş adamlarının həbsi ölkədən kapital axınını kəskin sürətdə artıracaq. Onsuz da o kapitallar çoxdan xaricdə yerləşdirilib. Amma bu həbslərin digərlərinə də təsiri altında ölkədən kapital çıxarılması genişlənə bilər. Borclar hesabına götürülmüş vəsaitlər əsasən Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada, Türkiyədə, Bolqarıstanda, Yunanıstanda, Serbiyada və digər Balkan ölkələrində kapitallaşdırılıb. İkincisi də, bu vəziyyət yalnız Beynəlxalq Bankda deyil, digər banklarda da eynidir”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, həbslər biznes üçün təhlükənin olması anlamına gəlməməlidir:“Azərbaycan qanunvericiliyinə əsasən, adambaşına 10 min dolların ekvivalenti məbləğində valyuta hər hansı sənəd təqdim edilmədən, sadəcə gömrük orqanlarına bəyan edilməklə ölkədən nağd şəkildə çıxarıla bilər. Azərbaycana əvvəllər nağd şəkildə gətirilmiş valyutanın məbləği 10 min dolların ekvivalentindən çox olduqda bu pulun nağd olaraq ölkədən çıxarılması zamanı gömrük orqanlarına “Sərnişinin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” təqdim edilməlidir. Son həbslərin nağd pul kütləsinin ölkədən kənara çıxmasının artıracağını düşünmürəm. Çünki məlumatlar göstərir ki, həbs olunanlar praktik olaraq real biznes ilə məşğul olmaqdan daha çox, öz bank öhdəliklərini yerinə yetirməmiş və ya külli miqdarda vəsaiti büdcədən yayındırmışlar. Bu həbslər heç də biznes üçün təhlükənin olması anlamına gəlmir və gəlməməlidir”. 
Ekspertin sözlərinə görə, əslində baş verənlər real biznes üçün müsbət siqnal olmalıdır: “Çünki, bu həbslər real bizneslə məşğul olan və maliyyə öhdəliklərini yerinə yetirənləri əhatə etmir. Bu baxımdan, son həbslər sahibkarlar arasında biznes fəaliyyətinə inamı aşağı salmadı, əksinə daha da məsuliyyətli etdi. Ona görə də, böyük həcmdə nağd pulun ölkədən çıxması gözlənilmir”.
Ekspert Natiq Cəfərli isə bildirib ki, baş verənlər nəticəsində kapitalın ölkədən çıxması prosesi baş verəcək: “Kapitalın güclü axını, qaçışı başlayacaq. Artıq bütün ənənəvi sxemlər də işləməz duruma gəldi. Biznesə həssas yanaşılacaq, yatırımdan qaçılacaq. Oliqarxlar ölkədən vəsaitlərini çıxartmağa çalışacaqlar”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam