Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Naxçıvanda yoluxanların sayı gizlədilir? –“Hər ağızdan bir avaz gəlməməsi üçün...”

Naxçıvanda yoluxanların sayı gizlədilir? – “Hər ağızdan bir avaz gəlməməsi üçün...”

Bütün dünyada olduğu kimi, son günlər Azərbaycanda da koronavirus tüğyan edir. Artıq bir neçə gündür ki, 2 mindən çox insanda COVID-19 faktı aşkarlanır. Ölkənin bütün regionlarında koronavirusa yoluxma halları qeydə alınsa da, Naxçıvan Muxtar Respublikasında epidemiya ilə bağlı hər hansı statistik məlumat yoxdur. İnternet üzərindən axtarış etdikdə aydın olur ki, Naxçıvandakı yoluxma ilə bağlı son statistika ötən ilin iyun ayında açıqlanıb.

Yenixeber.org: Qeyd edək ki, statistikanın olmadığın dəqiqləşdirmək üçün NMR-in Səhiyyə Nazirliyinin də rəsmi saytına (sehiyye.nakhchivan.az)  daxil olduq. Orada da bu barədə məlumat yerləşdirilmədiyi üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərovla əlaqə saxladıq.

Müsahibəni təqdim edirik:

- Hüseyn müəllim, Naxçıvanda bu günədək koronavirusa yoluxma faktı aşkarlanıbmı?

- Əlbəttə! Amma bunlar TƏBİB-in hesabatı əsasında açıqlanır. Ayrı-ayrı xəstəxanalar açıqlamır. Proses mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

- İndiyədək nə qədər yoluxma qeydə alınıb?

- Bunların hamısı TƏBİB-in hesabatında verilir. Naxçıvanda, adətən, 0,4-0,5 faiz yoluxma hadisəsi baş verir. Yəni Azərbaycanda ən aşağı yoluxma Naxçıvan Muxtar Respublikasındadır. Bunu dəfələrlə qeyd ediblər.

- Maraqlıdır, virusun qarşısı hansı yollarla alınıb ki, yoluxma faizi çox aşağıdır? Fərqli bir metod mövcuddurmu?

- Bu suala cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin saytına daxil olun, orada kifayət qədər məlumatlar var.

- Təəssüf ki, saytda biz Naxçıvandakı yoluxmanın dəqiq sayı barədə məlumat əldə edə bilmədik. Yoluxmanın sayını haradan öyrənə bilərik?

- Dediyim kimi, ancaq TƏBİB-dən (NMR-nın TƏBİB-i nəzərdə tutulur) öyrənə bilərsiz.

- TƏBİB-in mətbuat xidmətinin əlaqə nömrəsini verə bilərsiz?

- Xeyr, onu gərək, siz biləsiniz də, onun bizlə əlaqəsi yoxdur.

- TƏBİB-in saytı varmı?

- TƏBİB-in yox, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin saytını açıb baxın.

- Dediyim kimi, nazirliyin saytına biz daxil olmuşuq, lakin orada axtardığımız məlumat yoxdur, dəqiq statistika göstərilməyib.

- Bu barədə ancaq TƏBİB-ə müraciət etməlisiniz.

- Yəni biz bu məlumatı ancaq TƏBİB-in mətbuat xidmətinə zəng vuraraq öyrənə bilərik? Heç bir yerdə məlumat yerləşdirmirlər?

- Xeyr, ancaq zəng vurmalısınız.

- Bunun səbəbi nədir?

- Mərkəzləşdirilmiş qaydadır. Yəni hər ağızdan bir avaz gəlməməsi, faktların dəqiq, düzgün olması üçün bir mənbədən məlumat verilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam