Koronavirusa yoluxanların sayı 40 milyonu ötdü-DÜNYADA
Dünyada koronavirusa yoluxan 29 922 911 nəfər sağalıb, 1 115 202 nəfər isə virusdan ölüb.
Yenixeber.org: İndiyədək 40 006 239 nəfərə COVID-19 diaqnozu qoyulub.
Beləliklə, son 1 ayda dünyada daha 10 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.
Ən çox yoluxma halları ABŞ (8 343 140), Hindistan (7 494 551) və Braziliyada (5 224 362) qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 44 317 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 39 903 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 623 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 345 678 nəfər yoluxub, 302 499 nəfər sağalıb, 9 224 nəfər ölüb. Rusiyada indiyədək 1 399 334 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 070 576-sı sağalıb, 24 187-si ölüb. İranda isə 526 490 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 30 123 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 17 477-yə çatıb. Onların 8 060-ı artıq sağalıb, 136-sı isə vəfat edib.
Ermənistanda indiyədək 64 694 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 48 104 nəfər sağalsa da, 1 081 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.