SOVET DÖVRÜ VƏ BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR
Yenixeber.org: Keçən əsrin 60-cı illərin sonralrı idi, orta məktəbdə oxuyurdum. Dərsliklərdən öyrəndiklərimdən başqa bildiyim bir şey yox idi. Təkcə mənimmi? Təbii ki,nyox. O vaxtın qadağalarına görə mənim yaşıdlarımın və eləcə də bizdən böyüklərin də (bəzi istisnalar olmaqla) dərsliklərdə yazılanlardan başqa bir şeydən xəbərimiz yox idi. Azdan-çoxdan xəbəri olanlar da onu dostuna, tanışına danışmağa qorxurdu, çəkinirdi. Ələlxüsus da ermənilərin yüz illərlə başımıza gətirdikləri hadisələrdən xəbərsiz idik. Bildiyimiz bircə şey vardı ki, o da Cəfər Cabbarlının “1905-ci il” peysindəki erməni müsəlman davası idi. Əsərdən belə nəticə çıxarmaq olurdu ki, ermənilərlə azərbaycanlılar əsrlərdi mehirban qonşuluq şəraitində yaşayıblar. Onların arasına nifaq toxumunu səpən də, çar Rusiyasıdır və atan da kazaklardı. Amma həqiqətdə isə atan kazaklar yox, elə xain, türk qanına susayan, əbədi düşmənimiz olan ermənilərdir. Keçən əsrdə bütün dərsliklərdə, mətbuat orqanlarında erməni azərbaycan dostluğu, qardaşlığı haqqında nə qədər desən bədii əsərlər yazılmışdı və yazılırdı, qardaşlığı, dostluğu vəsf edən mahnılar qoşulurdu. Bütün bu dırnaq arası yazılan bədii əsərləri, oxunan mahnıları burda sadalasam oxucuları yormuş olaram. Onsuz da sovet dövrünün adamları bunları yaxşı bilir.
Erməni vəhşiliyi haqqında ilk eşitdiklərim
Orta məktəbin yuxarı sinifində riyaziyyatdan bizə dərs deyən bir müəllimiz vardı. Əli Adıgözəlov. O, İkinci dünya müharibəsinin iştirakçısı (özü deyənə kimi bunu bilmirdik) idi. Uzun və şərəfli bir döyüş yolu keçmişdi. Bir gün- gərək ki, 9 May qələbə günü ərəfəsiydi. Necə oldusada keçdiyi döyüş yolundan bir balaca bizə danışdı. Birinci dəfəydi ki, bizə təlim- tərbiyə verən müəllimizin hansı çətin yollardan keçdiyini bildik. Əli müəllimin bir xasiyyəti vardı özü haqqında heç vaxt danışmazdı.
Əli müəllimin dediklər bu günkü kimi yadımdadır. O, deyirdi ki, Sovet qoşunları Almaniya torpaqlarına daxil olanda yuxarıdan xəbər gəldi ki, almanlar bizə çox zülümlər veriblər, milyonlarla insanlarımızı qırıblar, şəhərlərimizi, kəndlərimizi xaraba qoyublar. Müzəffər sovet ordusu indi növbə bizimdir, istədiyinizi edin. Bu icazə bir neçə saatlığına olur. Bundan istifadə edən ermənilər bir anda dinc əhalinin başına elə bir oyun açdılar ki, faşistlər onların yanında toya getməli olur. Ermənilər almanların evlərini vəhşicəsinə talan edir, qadın- qızlarını zorlayır, müqavimət göstərənləri isə amazcasına öldürürdülər. Ermənilərin bu qeyri- insani hərəkətini görən komandanlıq bunu yuxarılara xəbər verir və icazə vaxtından əvvəl ləğv olunur. Qorux- qadağanın höküm sürdüyü vaxtda bir kənd müəlliminin belə bir faktı şagirdlərinə danışması böyük cəsarət tələb edirdi. Şayəd, birdən yuxarılar bundan xəbər tutsaydı təbii ki, Əli müəllimi hümanist, sülpərvər bir millətə- ermənilərə qara yaxmaqda suçlayar və buna görə onu cəzalandırardılar. Şükür ki, belə bir hadisə baş vermədi.
O illər arxada qaldı
Və mən orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya gəldim, sənədlərimi universitetə verib imtahanlara qatıldım. Amma çox təəssüf ki, yekunda müsabiqədən keçmədim. Kəndə qayıtmayıb tikintidə çalışmağa qərar verdim. Çalışdığım idarədə xeyli erməni çalışırdı. Əksəriyyəti də yüksək dərəcəli usta idi. Yüksək dərəcələrinə görə də Azərbaycanlılardan daha çox maış alırdılar. Onların aralarında az sayda azərbaycanlı ustalar da vardı. Erməni ustalara fəhləlik edənlərin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Ermənilər hərdən 1918- ci ildə Bakıda baş vermiş erməni müsəlman davasından danışırdılar, minlərlə ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyünü deyirdilər. Amma biz həqiqətin kimin tərəfində olduğundan o qədər də xəbərdar deyildik. Çünki bunu doğru- dürüst bilmək üçün bizim heç bir imkanımız yox idi. Ancaq erməninin yalançı təbliğat maşını o vaxtda fasiləsiz işləyirdi. Adi bir usta tarixçi alim kimi danışırdı. Bu yalançı tarixi onlara ana bətnində diktə edirdilər. Və onlar Azərbaycanın mərkəzində çörəyimizi yeyib, suyumuzu içib bizə nifrət, kin, qəzəb bəsləyə- bəsləyə kef- damaq içində
yaşayırdılar. Rayonlardan şəhərə oxumağa gələn tələbələr ermənilərin minnətini, təhqirini götürə- götürə onların kirayinişini olurdular. Şəhərdəki mərkəzi küçələr ermənilərin adını daşıyırdı. Çünki küçələrə ad verilməsi erməniyə həvalə edilmişdi.
Sonralar...
oxuya-oxuya çox şey öyrəndim. Öyrəndim ki, mənim ölkəmdə ilk xalq yazıçısı adı erməniyə- Aleksandır Şirvanzadəyə verilib. Nədi-nədi erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən bəhs edən “Namus”romanı yazıb. Sonralar böyük M.Ə.Sabirin şerirlərini erməni dilinə tərcümə edən Samvel Qriqoriyan xalq şairi adına layiq görülmüşdü.
Zəruri haşiyyə: Bildiyimə görə bu gün İrəvanın mərkəzində Samvelin qohumları Sabirə heykəl ucaldıblar və heykəlin aşağısında yazıblar: “Harda müsəlman görürəm qorxuram” misralarını həkk ediblər. Bununla da xəstə təfəkkürlü xalqa müsəlmanın qorxulu olduğunu təbliğ etməkdir.
Bundan başqa xalq artisti adına layiq olan müğənni də oldu. Erməni dilində jurnallar, qəzetlər buraxılırdı. Bunlar ermənilər üçün böyük qayğı idi. Yadımdadır doğulduğum Şəmkir rayonunda (o vaxtkı Şamxor) erməni dilində “Şamxor” qəzeti nəşir olunurdu, raykomun 3- cü katibi erməni olurdu. Azərbaycanda yaşayan ermənilərə bu böyük diqqət və qayğı idi. Amma Ermənistan adlandırılan Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlılara belə qayğı göstərilmirdi. İrəvanda nəşir olunan “Sovet Ermənistanı” qəzeti (neçə illər abunəçisi olmuşdum) çıxırdı. Orada dərc olunan məqalələrin 70- 80% erməni müəlliflərinin yazıları idi. Bir sözlə ermənilərin bizə qarşı olan nifrəti,xəbisliyi, düşmənçiliyi yüz illərdir ki, davam edir. Biz isə həmişə buna laqeid və biganə olmuşuq. Bəzilərimiz “Əşşi ermənidir də, fikir vermən”- demişik. Bəzilərimiz isə çox təəssüf ki, onlara yarınmışıq, qayğı göstərmişik, kömək etmişik.
Niyə, nəyə görə? Bizim üçün “niyə?”, “nəyə görə?” suallarının cavabları çox ağrdı.
“Azərbaycan Sovet Ensiklopediyası”nda
ermənilər haqqında xoş məlumatlar o qədər verilib ki, kitabı vərəqləyəndə adamda ensiklopediyanın Azərbaycan yox, Ermənistan ensiklopediyası olduğu təssüratı yaranır. Tənbəllik eləməyib bu ensiklopediyanı vərəqləyin. Görün orada bu gün qardaş dediyimiz, 44 günlük müharibədə hər an yanımızda olan, böyük mənəvi dəstək verən Türküyə haqqında hansı yanlışlığa yol vermişik. Adam oxuyanda az qalır ki, xəcalətdən yer yarıla yerə girə. Güya 1915-ci ildə Türklər bir milyon yarım ermənini soyqırım edib. Ensiklopediyamızda erməninin bu yalanına biz də dəstək yermişik. Məntiqlə yanaşanda o vaxt bu qədər erməni Türküyədə yaşamırdı. Demək erməni yalançı, böhtançı, şərxata, nankor, saxtakar, xəstə təfəkkürlü bir millətdir. Bu millətin yer üzərində yaşamağı insanlığa üzqaralığı gətirir. Və bizimlə qonşuluğu min illər də bundan sonra başımızın ağrısına çevriləcək. Buna görədə gərəkdir ki, onları heç vaxt bağışlamayaq və elədikləri cinayətlərə görə cəzalandıraq. Bəlkə bundan sonra rahat yaşadıq.
Məhərrəm Şəmkirli: xüsusi olaraq yenixeber.org üçün.