Bəşərilik millilikdən qaynaqlanır
"Xeberinfo.com": Bu gün yazar üçün mövzu qıtlığı yoxdur. Nə qədər desən mövzu var. Yetər ki,sən onu ətə-qana gətir, oxucunun istifadəsinə ver. Çox maraqlıdır ki, artıq sən baş sındırıb mövzu axtarmırsan, o öz ayağıyla gəlib yazı masanın üstünə çıxır. Sənə isə qalır onun bəzək- düzəyini vurub ortaya qoymaq.
Dünyaca məşhur olan yazıçı- dramaturq, ssenarist Rüstəm İbrahimbəyov haqqında olan mövzu da məni özü tapdı. Özü də ictimayətin arasına düşən mübahsəli böyük səs-küyü ilə. Çox siyasətçiləri, mətbuat nümayəndələrini, sadə insanları özündən çıxarıb cin atına mindirən onun rus dilli mətbuatda yer alan "Biz erməni xalqının düşməni deyilik" ifadəsi oldu. Gərək Rüstm müəllm soydaşlarını qəzbləndirməmək, özündən çıxarmamaq üçün bu cümlənin arxasınca yazaydı ki, buna baxmayaraq erməni xalqı hər zaman bizim düşmənimiz olub, zaman-zaman xarici havadarlarının köməyi ilə qədim və əzəli torpaqlarımızı işğal edib, böyük bir millətin başına olmazın müsübətlərini açıb, ona ölçüyə gəlməz acılar, məşqətlər yaşadıb, tarixdə görünməmiş Xocalı qətlamı törədib, bir milyondan artıq günahsız insanı qaçqın,köçkünə çevrib, tarixi abidələrimizi, müqəddəz gör evlərimizi dağıdıblar. Niyə Rüstəm müəllim bu faktları deməyib? Bax, bu çox maraqlıdır. Bəlkə də Rüstəm müəllimin bu boyda faktlardan xəbəri yoxdur. Kişi dünyaca məşhur yazardı, ola bilər başı yazmağa qarışıb, ermənilərin əsrlərlə bizim başımıza gətirdiklərindən xəbəri olmayıb. Həyatdı, yaşamdı. hər şey ola bilər.
Sizləri bilmirəm, mənim uzun illər apardığım müşahidələrə görə belə nəticəyə gəlmişəm ki, Rüstəm İbrahimbəyov heç vaxt öz millətini ermənilərdən çox istəməyib. Yoxsa kişiyə nə düşmüşdü ki, əbədi və əzəli düşmənimizi özünün dostu hesab edə.
Diqqətli oxucuların yaddaşında yaxşı qalar, keçən əsrin doqsanıncı illərinin axır illərində bu günümüzün Əkrəm Əylisli tipli "qəhrəman"ı olan Rüstəm müəllim Rus mətbuatında yazırdı ki,Bakı savatsız, elitarsız, ziyalısız bir şəhərə çevrilib. Çünki şəhərin savadlı, elitar. ziyalı təbəqəsini təşkil edən ermənilər,yevreylər, ruslar şəhəri tərk ediblər. Yazıçı azərbaycanlıları savadlı. elitar, ziyalı saymırdı və bu gün də saymır.
Bütün bunları unudub keçən prezident seçkilərində onu siyasi araneya gətirən bir sürü siyasətbazlar Milli Şura deyilən oyuncaq bir qurum yaratdılar və Rüstəm müəllimi də Şuranın başında oturtdular. Ağızları köpüklənə-köpüklənə bar- bar bağırdılar ki, xalqın nicatı Milli Şurada və onun rəhbəri Rüstəm müəllimdədir. Gözünə döndüyüm Rüstəm müəllim də Moskva, Paris arasında gəzib qəzetlərə palaz- palaz müsahibələr verirdi ki, hakimiyyər mənim nüfuzumdan və seçkilərdə qələbə çalacağımdan qorxub məni Bakıya buraxmır. Bu da özünü "müxalifət" adlandıranların siyasi şousundan başqa bir şey deyildi. Bu siyasi şounun da ki,sonu hər kəsə məlum.
Bu gün unudulub yaddan çıxdığını görən Rüstəm müəllim ucuz bir xəbərlə gündəmə gəlmək, dövrüyədə olmaq, diqqətdə olmaq istəyir. "Erməni xalqı bizim düşmənimiz deyil", "Kırım rus torpağıdır" deyib özünü bəşəri bir şəxsiyyət kimi göstərmək istəyir. Amma dünya şöhrətli Rüstəm İbrahimbəyov eləmantar bir şeyi unudur ki. milli olmadan bəşəri olmaq mümkün deyil. Xalqını, torpağını sevməyən, insanlığı və dünyanı da sevə bilməz! Bir də əsil insan əvvəlcə yaxşı mənada özünü, sonra ətrafdakıları sevməlidir. Rüstəm müəllim bunu bacarmır
Dövlətimiz bir yazıçı olaraq Rüstəm İbrahimbəyovu xidmətlərinə görə dəyərləndirib, qiymətləndirib və istədiyindən də artığını verib. Halal xoşu olsun deyək. Əkrəm Əylislidə bütün yaxşı mükafatların sahibi idi. Axırı nə oldu?"Daş yuxular"ı yazdı, Nobel idiasına düşdü.Qorxuram Rüstəm İbrahimbəyovda da belə bir şey yazsın onun da gönlündən beynəlxalq ödül keçsin. Axı bizimkilərin qocalanda bir xərifləməyi var.
Məhərrəm Şəmkirli