Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“İşıq pulu” bu ay niyə çox yazıb? -Vətəndaşların iradlarına RƏSMİ CAVAB

 

 Azərbaycanda əhali kateqoriyasına aid istehlakçılarda dekabr-yanvar ayları üzrə elektrik enerji istehlakına görə böyük fərqlə borcların yaranması iddia olunub.
Yenixeber.org: Vətəndaşların redaksiyamızın "Qaynar xətti"nə daxil olan müraciətlərində son bildiriş zamanı borcun həddən artıq olması qeyd edilib.
Mövzunu araşdırmaq və vətəndaşların iddiasını dəqiqləşdirmək məqsədilə "Azərişıq” ASC-yə müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, elektrik enerjisi sərfiyyatının artması ilə əlaqədar "Azərişiq” ASC-yə şikayətlər daxil olduqda mütəxəssislər tərəfindən operativ və fərdi qaydada bütün müraciətlər araşdırılır:
"İstehlakçılarımız tərəfindən əsasən enerjiyə tələbatın yüksək həddə olduğu yay aylarında elektrik enerjisi sərfiyyatının artması ilə bağlı şikayətlər daxil olur. Şikayətlər əsasən yay fəslinin iyul-avqustlarında, qış fəslində isə istilik sistemlərində uzun müddətli fasilələr yaranan əraziyə aid abonentlər üzrə daxil olur.
Abonentə aid geniş bildiriş vərəqi araşdırılır, uçot sxemi və cihazları yoxlanılır, nəticə əsasında abonentin şikayəti təmin edilir. Bəzi hallarda abonentlərin uçot cihazlarının laborator yoxlanmaya ehtiyacı olur ki, bu kimi hallarda sayğac sökülərək torbaya qoyulub möhürlənir və laboratoriyaya gətirilərək abonentin iştirakı ilə yoxlanılır.
Məlumat üçün bir faktı diqqətinizə çatdırırıq ki, 2020-ci il yay ayları üzrə elektrik enerjisi sərfiyyatının artması ilə bağlı sosial şəbəkələrdəki fikirlərə aydınlıq gətirilməsi üçün "Azərişiq” ASC rəsmilərinin iştirakı ilə keçirilən mətbuat konfransında şikayətçi qismində gəlmiş abonentlərin sayğacları öz iştirakları ilə medianın qarşısında laboratoriya şəraitində yoxlanmış və onların iddiaları öz təsdiqini tapmamışdır.
Abonentlərmizdən xahiş edirik ki, onları narahat edən bu kimi hallarla bağlı 24 saat fəaliyyət göstərən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Şikayətləri rəsmi qaydada aidiyyəti üzrə araşdırılıb cabalandırılacaq".(BAKU.WS)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam