Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cənubi Azərbaycanda da işıq kəsildi:Əhali etiraza başladı

Son günlərdə Cənubi Azərbaycanın şəhərlərində irimiqyaslı elektrik kəsintiləri yaşanır.
Yenixeber.org: Elektrik təchizatı ilə bağlı yaranan problem soydaşlarımızın kəskin narazılığına səbəb olub.
Məlumata görə, bölgədəki isti havalardan sonra İranın Enerji Nazirliyi Azərbaycan şəhərlərinə qrafiklə enerji verməyə başlayıb. Təbriz və Urmiya kimi böyük şəhərlərdə elektrik kəsilib. İsti havalarda elektrikin olmaması əhali arasında narazılıqla qarşılanıb. Elektrik təminatında yaşanan problem əhalinin gündəlik həyatını iflic hala salıb, böyük zərər yetirib.
Sosial şəbəkə istifadəçiləri enerji çatışmazlığı yaşayan İranın işğalçı Ermənistana pulsuz elektrik enerjisi verməsini tənqid edib. Ölkədə enerji problem olduğu halda elekritik enerjisinin işğalçı bir ölkəyə bağışlanmasının qəbuledilməz olduğu qeyd olunub.
Təbriz Elektrik Enerjisinin Paylanması şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru Yunis Mərami elektrik kvotası tətbiq edildiyi fikrini qəbul etməyib. O, elektrik kəsintisinin isti yay günlərində istehlak səviyyələrini yoxlamaq üçün aparıldığını bildirib. Qarşıdakı günlərdə temperaturun daha da artacağını bildirən Mərami insanları enerjiyə qənaətə çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam