Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“LUKAŞENKONU DEVİRƏCƏKLƏR...” –“”Əbədi prezident”i Rusiya, yoxsa belaruslar təqaüdə göndərəcək?”

 

Məlum olduğu kimi, bir aydan sonra Belarusda prezident seçkiləri keçiriləcək. 26 ildir hakimiyyət başında olan Aleksandr Lukaşenko heç zaman indiki kimi çətin və gərgin vəziyyətlə qarşılaşmayıb.

Yenixeber.org: Keçmiş sovet respublikaları içərisində əhalinin yaşayış səviyyəsinə və sosial təminatına görə Belarus nümunəvi ölkə olub. Amma son dövrlər vəziyyət dəyişib. Çünki Belarusun iqtisadi cəhətdən sabit və dinamik inkişafında mühüm rol oynayan böyük qonşusu Rusiya onilliklər ərzində Minskə qarşı yürütdüyü siyasəti dəyişmək qərarına gəlib. Kremllə Lukaşenko arasında yaranmış fikir ayrılığı ona gətirib çıxarıb ki, artıq Rusiya əvvəlki şərtlərlə Belarusa enerji resursları satmaq istəmir. Bu səbəbdən Belarus heç də əlverişli olmayan qiymətlərlə hətta ABŞ-dan neft almağa başlayıb. Bu isə iqtisadi addımdan daha çox kəskin siyasi mövqe dəyişikliyi deməkdir.

Hazırda bir çox müstəqil mənbələrin qənaətinə görə, ölkə əhalisi arasında Lukaşenkonun reytinqi əvvəlki dövrlərlə müqayisədə xeyli aşağıdır. Amma Belarus prezidentini narahat edən əsas məsələ təkcə bu deyil. O, daha çox seçkilərə Rusiyanın müdaxilə edəcəyindən qorxur.

Bu mövzu dünya mətbuatının da diqqət mərkəzindədir. Bu mövzuda hazırlanan materiallarda Belarusun gələcəyilə bağlı müxtəlif proqnozlar verilir. Məsələn, Serbiyanın “Politika” qəzeti Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılacağını istisna etmir. Qəzetin “Lukaşenko Putindən qaçır“ başlıqlı məqaləsində deyilir: “Diqqətli müşahidəçilər iki maraqlı detalı xüsusi qeyd edirlər. Faşizm üzərində qələbənin qeyd olunması günü Vladimir Putin Rusiya Müdafiə naziri Şoyqudan sıraya düzülmüş hərbi dəstələrin parada hazır olduğuna dair raportunu qəbul etmək üçün ayağa qalxanda, tribunada əyləşən bütün qonaqlar da ayağa durdular. Yalnız Lukaşenko yerindən qalxmadı.

Bundan başqa, paradın sonunda dövlət başçıları “Naməlum əsgər”in məzarına gül dəstələri qoyanda, Belarusdan gələn qonaq nümayişkaranə şəkildə Putinin yanında dayanmaq istəmədiyini göstərdi. Onun qəzəblənməsinə nəyin səbəb olduğunu demək çətindir. Amma qeyd dək ki, Putin tribunadakılarla görüşən zaman Lukaşenkonun 15 yaşlı oğlu Nikolaya əl uzatmamışdı.

 

 

Jurnalistlər baş verən bu hadisələri Belarusda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirlər. Moskvanın dəstəyi Lukaşenko üçün çox vacibdir. O, 1994-cü ildən indiyədək hakimiyyət başındadır. İndi əksəriyyət hesab edir ki, nəhayət, dəyişikliklərin zamanı çatıb. Bu gün Prezident Lukaşenkonun əlindəki ən güclü kart - belarusların həyat səviyyəsinin digər Sovet respubliklarındakından yaxşı olmasıdır. Ölkədə orta aylıq əməkhaqqı 650 dollardır, işsizlik çox azdır, qonşu ölkələrə nisbətən qiymətlər aşağıdır. Belarusda yaxşı anlayırlar ki, buna görə Rusiyaya minnətdar olmalıdırlar. Rusiya Belarusa ucuz enerji daşıyıcıları və xammal verir. Bununla yanaşı, həm də öz bazarlarını qonşu ölkənin məhsulları üçün açıb. Amma buna baxmayaraq, Belarus müəyyən azadlıqlar istəyir.

Belarus Rusiyadan başqa Avropa Birliyi və NATO-ya üzv olan ölkələrlə də həmsərhəddir, lakin Minsk qonşuları ilə hər hansı xüsusi fikir ayrılığı yaşamayıb. Digər yandan isə, bu ölkəni öz təsir dairəsinə cəlb etmək üçün Qərb elə bir səy göstərməyib. Bu keçmiş Sovet respublikası onilliklər ərzində müxtəlif hadisələrlə üzləşən Polşa, Ukrayna, Litva və Latviyanın fonunda kölgədə qalıb. Sözsüz ki, buna Moskvaya söykənən Lukaşenkonun idarəetməsi də səbəb olub.

Lakin vəziyyət dəyişir. Rusiya artıq Avropaya ciddi təhlükə kimi baxmır, bunu Avropa haqqında da söyləmək olar. İqtisadiyyat və turizm sahəsindəki əməkdaşlıq illər ərzində yığılmış inamsızlığı və narazılığı xeyli yumşaldıb. Avropalı qonşuları ilə əməkdaşlıq edən Lukaşenko həmişə bir gözüylə şərq qonşusunun reaksiyasını izləyib və Qərblə müstəqil işləmək üçün xeyli səy göstərib.

Bu kurs müəyyən risklərlə də bağlıdır. Belə ki, Belarusdakı “toxunulmaz” rəhbərə hər şeydə tabe olmaq istəməyən siyasətçilər və hərəkatlar mütləq ortaya çıxacaq. Xatırladaq ki, hələ 2010-cu il seçkilərinə kimi Lukaşenko bütün üsullarla Moskvanın onun ölkəsindəki hadisələrə təsirini məhdudlaşdırmağa cəhd edərək, açıq şəkildə anti-Kreml ruhlu seçki kampaniyası aparırdı. Amma Kremldən gələn bir zəng hər şeyin öz yerinə qayıtmasına kifayət etdi. O vaxt KİV-lərdə məlumat yayıldı ki, anlaşılmazlıq aradan qaldırıldı. Bundan sonra Minsk və digər şəhərlərdə nümayişlər sərt şəkildə yatırıldı və müxalifətçilər həbs olundular. Doğrudanmı Belarus prezidenti yenidən Moskvadan asılı vəziyyətə düşməkdən qorxur?

9 avqusta təyin olunmuş seçki ərəfəsində yenidən gərgin vəziyyət yaranıb. Lukaşenkonun rəqiblərindən biri - keçmiş bankir Viktor Babariko Belarusun bir çox ictimai və mədəniyyət xadimlərinin dəstəyini alaraq, özünü bütün müxalifətin əsl lideri kimi aparır. Onun çıxışları cəmiyyətin demokratikləşməsinə, hakimiyyət bölgüsünə və dövlət başçısı mandatının məhdudlaşdırılmasına dair çağırışlarsız keçməyib. Nəticədə Viktor Babarikonun 400 min seçici imzası ilə öz namizədliyini irəli sürməsi kifayət etdi ki, rejim onu qandallasın və dəmir barmaqlıqlar arasına salsın. V.Babariko 2000-2020-ci illərdə “Belqazprom Bank”a rəhbərlik edib. İndi onu bu bankın hesablarından 430 milyon dollardan çox pul oğurlamaqda ittiham edirlər. Lukaşenkonun fikrincə, Babariko bütün bunların hamısını Rusiya ilə əməkdaşlıq sayəsində edib.

Beləliklə, son zamanlar ”Əbədi prezident”in təqaüdə çıxacağı daha real görünməyə başlayıb. Görəsən, onu təqaüdə belarusların özlərimi göndərəcəklər, yoxsa bunu Moskvamı edəcək? İndi bu, sadəcə taktiki məsələdir...”

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam