Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

KORONAVİRUSDAN SONRA DÜNYA İQTİSADİYYATINDA NƏ BAŞ VERƏCƏK? -Bədbin “öncəgörmə”

İndi heç kim dünya iqtisadiyyatında yaranmış reallığı və yaxın 1-2 ildə yarana biləcək vəziyyəti dərk etmir. Kimin nə bəyan etməsindən asılı olmayraq, heç kim heç nə başa düşmür. Hətta hər şeyi bilən Beynəlxalq Valyuta Fondu (BVF) da öz proqnozlarını pisləşdirir, çünki heç nə anlamır və yalnız pisləşən göstəricilərə refleks nümayiş etdirir.

Yenixeber.org: BVF-nun son proqnozu - bu il dünyanın ümumi daxili məhsulu (ÜDM) 4,9 faiz azalacaq. Bu, Almaniya ÜDM-na bərabər bir iqtisadiyyatın ölçüsüdür. Başqa sözlə, bu il bütöv Almaniya yox olacaq!

Hətta mümkündür ki, iki Almaniya yox olsun. Axı heç kim bilmir ki, pandemiya nə qədər uzun sürəcək, gələcəkdə hansı gücdə olacaq və başlıcası, milyardlarla insan özünü necə aparacq: onlar təyyarə ilə uçacaqlarmı, qatarda gedəcəklərmi, restoranlarda, otellərdə, kurorotlarda istirahət edəcəklərmi, xəstəxanada yatacaqlarmı, idman zallarında olacaqlarmı və sair. Bütün bunları proqnozlaşdırmaq çətindir.

Amma mən bir şeyi dəqiq deyə bilərəm: iqtisadiyyatın 2019-cu ilin sonundakı halına qayıdacağı heç cür baş verməyəcək. Bir çox siyasətçinin və iqtisadçının gözlədiyi və proqnoz etdiyi kimi.... Çoxlarının proqnoz etdiyi kimi, böhrandan çıxmağın heç bir V və ya L modeli olmayacaq. Bütün bunlar böhranın birindən digərinə tsiklik köçürmənin sadəlövh qanunauyğunluğudur.

Gələcəkdə dünya iqtisadiyyatının «başına nə gələcəyini» heç kim bilmir. Üç aydan uzaq dövr üçün verilən bütün proqnozlar sadəcə, gülməlidir. Üç il qabağa proqnozlar verən BVF sadəcə, axmaq vəziyyətində görünür.

Mən, sövqi-təbii olaraq, hiss edirəm ki, ilk növbədə Qərb iqtisadiyyatı tamamilə yeni keyfiyyət halına gəlir. Qərb iqtisadiyyatı COVİD-19 pandemiyasına qədər xirtdəyinə qədər borc içərisində (Buna xüsusi diqqət yetirmək gərəkdir - red.) boğulurdu!

Əgər müəssisələrin yarısı, restoranlar, kafelər, klublar öz imkanlarının 50 faiz qədər yüklənə bilmirlərsə, iqtisadiyyat necə ayaqda qala biləcək?

 

 

İqtisadiyyatın yarısı ziyanla işləyəcək və 1-1,5 ildən sonra müflisləşmə prosesi başlayacaq - əvvəlcə biznesdə, sonra isə maliyyə sektorunda.

Hesab edirəm ki, 5-6 il ərzində dünyanın ÜDM-u 25-30 faiz «arıqlayacaq». Bu isə özünüz bilirsiniz, dünyanı tamamlə fərqli edəcək. Bax, mənim proqnozum, daha doğrusu hiss etdiyim budur…

Ən başlıcası isə aydındır ki, ABŞ böhrandan müharibənin köməyi ilə çıxacaq. ABŞ sadəcə, başqa cür bacarmır - onlar üçün ən ucuz və ən sürətli yol budur.

ABŞ - planetdə yeganə ölkədir ki, böhrandan müharibənin köməyi ilə çıxmağı özünə rəva görə bilər.

Andrey Qolovaçov («Qlavred», Ukrayna)

Tərcümə: AzPolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam