Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya iqtisadiyyatının dörddə biri olan ABŞ ÜDM-i necə formalaşır? –

Amerika Birləşmiş Ştatları dünyanın ən böyük iqtisadiyyatı olaraq 2018-ci ildə 20.5 trilyon dollar dəyərində məhsul və xidmət istehsal edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulu hesab edilir. Bütün dünyanın ÜDM-nun 2017-ci ildə 80 trilyon dollar olduğunu nəzərə aldıqda bu çox böyük bir göstəricidir.

Yenixeber.org: Əslində ABŞ-ın hər bir ştatının Ümumi Daxili Məhsulu onları iqtisadi baxımdan xarici bir ölkə qədər güclü edir.

Kaliforniya ölkənin ən yüksək ÜDM-u olan ştatıdır. Ştatın 2.97 trilyon dollarlıq ÜDM-u Ümumi Daxili Məhsulu 2.81 trilyon dollar olan Britaniya ilə demək olar eynidir. Birləşmiş Krallıq Kaliforniya ilə eyni iqtisadi məhsulu istehsal etmək üçün 14.5 milyon işçidən istifadə edib. Bu isə Kaliforniya ilə müqayisədə 75 faiz daha çoxdur. Kaliforniya özü dünyanın beşinci ən böyük iqtisadiyyatı hesab olunur.

Texasın ÜDM-u (1.78 trilyon dollar) Kanada iqtisadiyyatına bərabərdir (1.73 trilyon dollar), Nyu Yorkun ÜDM-u (1.70 trilyon dollar) isə Cənubi Koreya ilə eynidir (1.66 trilyon dollar).

Hətta ABŞ-ın kiçik ştatları da tək başına bir ölkə qədər iqtisadi gücə sahibdir. 600 min sakini olan və sakin sayı baxımından ABŞ-ın ən kiçik ştatı olan Vayominqin ÜDM-u 41 milyard dollardır ki, bu da demək olar 9 milyon əhalisi olan İordaniyanın iqtisadiyyatına bərabərdir.

Miçiqan Universitetinin iqtisadiyyat və maliyyə professoru və Amerika Sahibkarlıq İnstitutunun elmi işçisi Mark Perri ABŞ ştatlarının ÜDM-nı ölkələrin ÜDM-ı ilə müqayisə etmək üçün ABŞ-ın Ticarət Departamenti və Beynəlxalq Valyuta Fondunun məlumatlarından istifadə edib.

O deyir ki, bu rəqəmlər Amerikadakı “işçi qüvvəsinin dünya səviyyəsindəki məhsuldarlığını”, eləcə də “hər gün dünyanın ən böyük iqtisadi mühərriyində hər gün nə qədər sərvət və məhsulun istehsal olunduğunu və inkişafın olduğunu” əks etdirir.

(Amerikanın səsi)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam