Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koronavirus Netanyahuya qarşı prosesi əngəlləyə bilmədi –BAŞ NAZİR ÇƏTİN SINAQLA ÜZ-ÜZƏDİR

 

 

 

Rina Bassist

“Əl-Monitor”, 24.05.2020

Yenixeber.org: Məhkəməsinin açılışı üçün Qüds Dairə Ədliyyəsinin binasına girən baş nazir Benyamin Netanyahu ona qarşı korrupsiya ittihamlarını səsləndirən İsrail solçuları, polis və prokurorluğu şifahi tənbeh edib. Netanyahu üzləşdiyi ittihamları “böhtan və yalan” adlandıraraq deyib: “Məqsəd güclü baş nazirin sağ düşərgədən kənarlaşdırılması və beləliklə də, siyasi sağ qanadı uzun illər rəhbərlikdən məhrum etməkdir”.

O, məhkəmə iclaslarının canlı yayımlanmasını da istəyib.

İsrailin baş naziri yanvar ayından dələduzluq, rüşvətxorluq və etibardan sui-istifadəyə görə 3 ayrı iş üzrə günahlandırılır. Polis araşdırması 2016-cı ilin iyununda başlayıb və təxminən 4 il sonra o, məhkəmə qarşısına çıxıb.

Buna qədər ölkədə 2 seçki keçirilib, ancaq koronavirusun yayılması və məhkəmələrin fəaliyyətində məhdudiyyətlər görə proses təxirə salınıb.

317 saylı məhkəmə salonunda 3 hakimlə qarşılaşan Netanyahuya iddianamə oxunub. Daha sonra ona qarşı irəli sürülən ittihamları qəbul edib-etməməsi soruşulub. Ümumən proses təxminən saat yarım davam edib.

Netanyahuya formal olaraq 2020-ci ilin yanvar ayında rəsmi ittiham irəli sürülüb: xidmət qarşılığı olaraq iş adamlarından hədiyyə alma, “Yedioth Ahronot” qəzetinin sahibi Arnon Mozes ilə əlaqəli iddia və telekommunikasiya maqnatı Şaul Eloviç məsələsi.

Eloviç və xanımı İris, eyni zamanda, Mozes də eyni prosesdə ittiham olunur və bu gün prosesdə iştirak ediblər.

Koronavirus təhdidinə görə 4 təqsirləndirilən şəxsin hər biri məhkəmə zalına yalnız bir vəkilin müşayiəti ilə gəlib. Məhdud sayda jurnalistə ədliyyə binasının qonşu otağında ekrandan məhkəmə prosesini izləmək icazəsi verilib.

Keçən həftə Netanyahu prosesin texniki xarakterli olduğunu və şəxsən gəlməsi üçün təminat xərclərinin böyük olacağını iddia edərək məhkəmə iclasının açılışına gəlməmək istəyib, lakin hakimlər onun tələbini rədd edib.

Məhkəmənin açılışından bir neçə saat əvvəl Netanyahu tərəfdarı və əleyhdarı olan yüzlərlə nümayişçi iki yerdə – baş nazirin rəsmi iqamətgahından kənarda və Qüds ədliyyəsinin qarşısında toplaşıblar. Bəzi “Likud” nazirləri, o cümlədən ictimai təhlükəsizlik naziri (və keçmiş ədliyyə naziri) Amir Ohana baş nazirə dəstək nümayişi üçün ədliyyə binasına gəlib.

Netanyahunun özü dəfələrlə hüquq sistemini və medianı onu qısnamaqda ittiham edib. İndi İsrail tarixində ilk dəfə vəzifədə olan baş nazir mühakimə edilir.

Proses başa çatdıqdan sonra Netanyahunun birlik hökumətindəki müttəfiqi olan müdafiə naziri Benni Qantz tvit atıb: “Hər hansı bir vətəndaş kimi, baş nazirin də günahsız sayılmaq hüququ var və əminəm ki, o, ədalətlə mühakimə olunacaq. Bir daha təkrar edir və vurğulayıram ki, mən və dostlarım məhkəmə və hüquq mühafizə sisteminə tam etibar edirik”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam