Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Netanyahu növbəti dəfə dindirilib

Netanyahu növbəti dəfə dindirilib
İsrail polisi korrupsiya, fırıldaqçılıq və səlahiyyətlərdən sui-istifadədə ittiham olunan baş nazir Benyamin Netanyahunu yenidən – üçüncü dəfə dindirərək ifadəsini alıb.
Yenixeber.org: “İzvestiya” xəbər verir ki, Netanyahuya yaxın ətrafının İsraildəki ən böyük “Bezek” telekommunikasiya şirkətinin rəhbərliyilə korrupsiya münasibətlərinə dair suallar verilib.

“Bezek”də korrupsiya araşdırması aparan polis bundan əvvəl Netanyahunun xanımını da dindirmişdi. “Bezek”lə bağlı korrupsiya işinin əsas fiqurları Netanyahunun sabiq mətbuat-katibi Nir Hefeç, Rabitə Nazirliyinin keçmiş baş direktoru Şlomo Filber və “Bezek” şirkətinin sahibi Şaul Eloviçdir.

İstintaqçılar sübut etməyə çalışırlar ki, Netanyahu administrasiyasının məmurları “Bezek” telekommunikasiya şirkətinin maraqlarını təmin və təşviq ediblər. Bunun əvəzində isə şirkət Walla nüfuzlu xəbər portalında İsrail hökuməti başçısının – Netanyahunun fəaliyyətinin müsbət təbliğatilə məşğul olub. Polis əldə etdiyi materialları İsrail baş prokurorluğuna təqdim edərək, Netanyahuya qarşı korrupsiya və fırıldaqçılıq, etibardan sui-istifadə üzrə ittiham irəli sürülməsini təklif edib.

Netanyahu və onun ail üzvləri biznesmenlərdən böyük məbləğdə rüşvət almaqda da ittiham olunur. Lakin iddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.

Qeyd edək ki, 2017-ci ildə Netanyahunun sağ əli olan David Bitan korrupsiya araşdırmaları üzündən istefa verməyə məcbur olmuşdu.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam