Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Rusiya hakimiyyətinin xalq üzərində növbəti “böyük qələbəsi”: "İSTƏYİRSİNİZ XƏSTƏLƏNİN, HƏTTA İSTƏRSƏNİZ ÖLÜN"

“Эхо Москвы, 13.05.2020

 

Yenixeber.org: Virus katalizator rolunu oynadı, mövcud nizamın daxili parçalanmasını sürətləndirdi.

Pandemiya zamanı Putinin başçılıq etdiyi Rusiya hakimiyyəti vətəndaşlara gələcək üçün əyani dərs verdi – sizin dövlətiniz yoxdur, o, sizə məxsus deyil.

Vergiləriniz sizə aid deyil, onlar bizimdir və bizim üçündür – ödədiyiniz xəracdır. Heç bir hüququnuz yoxdur. Sizin qarşınızda heç bir öhdəliyimiz yoxdur.

İşiniz – şəxsi işinizdir, ödədiyiniz vergilər onun hesabına fors-major hallarında sizi dəstəkləmək üçün əsas deyildir. Sizi “sağacağıq” – vəzifəniz ödəməkdir. Heç bir hüququnuz yoxdur. Qarşısında heç bir öhdəliyimiz yoxdur.

Sağlamlığınız bizim üçün heç bir məna daşımır, sizdən ehtiyac duyduğumuz hər zaman (paradlar, orduya çağırış, epidemiyada məcburi əmək) istifadə edəcəyik, sizin üçün yaranacaq heç bir nəticəyə cavab verməyəcəyik: istəyirsiniz xəstələnin, hətta istərsəniz ölün. (“Yedinaya Rossiya”nın üzvü olan Lipetsk qubernatoru Artamonovun dediyi kimi) bizim üçün “gənələr” kimisiniz. Heç bir hüququnuz yoxdur. Qarşısınızda heç bir öhdəliyimiz yoxdur.

Başqa sözlə, Rusiya hakimiyyətinin xalq üzərində növbəti “böyük qələbəsi” (indiyə qədər ucuz qiymətə başa gəlib) ölkənin zəifləməsinə səbəb olub.

Hakimiyyət insanlara əyani dərs verdi ki, yalnız özlərinə qulluq etsinlər və heç bir “dövlət maraqları” barədə düşünməsinlər. Həyatımızı, sağlamlığımızı, pulumuzu “dövlət” naminə qurban vermək – səfeh olmaq deməkdir.

Rusiyada pandemiya davam, iqtisadi böhran inkişaf edir. Hakimiyyətin və vətəndaşların ortaq bir şey etdiklərinə dair cəmiyyətin ümidləri, fikrimizcə, buxarlanıb. Hakimiyyət vətəndaşlara düşmən qüvvə olduğunu sübut edib.

Rusiyadakı mövcud nizam özünün aqibəti, sonu üçün görünməz bir addım atıb.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam