Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdi

Bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var.

 

Yenixeber.org: “Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik”

Bu sözləri Xalq artisti Xuraman Qasımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı çıxışında deyib.

Xalq artistinin çıxışının tam mətnini sizə təqdim edir:

“Cənab Prezident, çox üzr istəyirəm, mən özüm çıxış etmək istədim. Çünki mən bilirəm, möhtərəm Prezidentimiz, sevimli Mehriban xanım, burada əyləşən insanların ürəyi o qədər doludur, hər kəs Sizin olduğunuz məclisdə iki kəlmə də olsa çıxış etmək istəyir. Çünki Siz bizim hər birimiz üçün o qədər gözəl işlər görmüsünüz, daşıdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar.

Amma mənim çoxdankı arzum var. Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla - “İstiqlal” ordeni ilə təltif etdiniz. Cənab Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Biz çox fəxr edirik, çünki Sizin ailəniz, başda Ulu Öndərimiz olmaqla bizim ailəmizin həyatında böyük rol oynamısınız. Biz bunu heç zaman unutmuruq.

Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var. Dinlədiyinizə görə çox sağ olun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam