Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rusiyanın SSRİ üzrə keçmiş tərəfdaşlarına qarşı assimmetrik müharibə üsulu-MÜSAHİBƏ




 Amerikalı analitik Kseniya Kirillova saytımıza müsahibəsində Putinin Rusiya rəhbərliyinə gəlişinin və ölkənin ali postuna yüksəlməsinin DTK-nın xüsusi əməliyyatı olduğunu inandırıcı şəkildə göstərib. Deməli, Rusiyaya hələ də FTX adlandırılan bu təşkilat rəhbərlik edir.

Məlum olduğu kimi, Kreml keçmiş SSRİ ərazisində bütün millətlərarası münaqişələrdə birtərəfli iştirak edir. Rusiyanın müdaxilə ssenarisi təəccüblüdür: öncə milli azlıq separatizm bayrağı qaldırır, millətin öz müqəddəratını təyin etmək hüququnu qabardır. Sonra təəccüblü dərəcədə asan və effektiv silahlanır, sıfırdan ordu qurur və separatçıların çıxdıqları ölkəyə qalib gəlir. Dağlıq Qarabağda, sonra Cənubi Osetiyada və Abaziyada, daha sonra Dnestryanıda belə oldu. Luqansk və Donetskdə iki eyni vəziyyəti də əlavə edək. Krım da Ukraynada milli azlıq kartının tətbiqi ilə Rusiya tərəfindən seçilib.

 Postsovet məkanında separatçıların ayrılması metodunun universallığı Moskvada keçmiş DTK-nın binasında fəaliyyət göstərən vahid komanda məntəqəsinin rəhbərliyindən xəbər vermirmi? Bu sualla ilə Kseniya Kirillovaya müraciət etdik.

 Analitik cavab verib:

-“Mənə elə gəlir ki, burada bütün əməliyyatlara rəhbərlik edənin “vahid komanda mərkəzi" olduğunu demək o qədər də dəqiq deyil. Çox güman ki, vahid yanaşma, vahid “hibrid qarşıdurması”ndan danışmaq lazımdır ki, son onillikdə Rusiya müharibənin “klassik” üsulu ilə müqayisədə buna üstünlük verir.

Daha dəqiqi, bu yanaşma “Gerasimov doktrinası”nda öz əksini tapıb. 2013-cü ilin fevralında Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi general Valeri Gerasimov Krımın işğalı və Ukrayna ilə münaqişə zamanı Rusiyanın uğurla sınaqdan keçirdiyi hibrid və ya asimmetrik müharibənin (“Gerasimov doktrinası”) aparılması barədə hesabat dərc edib. Gerasimov hesab edir ki, müharibə aparmaq qaydaları bizim dövrümüzdə dəyişib və müharibə ilə sülh arasında xətt uzanır, deməli, siyasi və strateji məqsədlərə nail olmaq üçün qeyri-hərbi vasitələrin rolu artır. Bu yeni münaqişə tipi əhali arasında narazılıq və etiraz atmosferindən istifadə etməklə koordinasiyada tətbiq edilən siyasi, iqtisadi, informasiya, humanitar və digər qeyri-hərbi üsullara əsaslanır. Bütün bunlar gizli xarakterli hərbi vasitələrlə tamamlanır ki, bura düşmənçilik informasiyasının yayılması və xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi də daxildir.

 Bununla yanaşı, milli və regional ziddiyyətlər üzərində oyun müxtəlif məqsədlər güdə bilər: həm sabitliyin pozulması, həm də Rusiyaya loyal siyasətçilər vasitəsilə xarici idarəçiliyi “uzaqdan” həyata keçirmək üçün Rusiyanın nəzarətində olan qüvvələri hakimiyyətə gətirmək cəhdi. Qeyd edək ki, Rusiya bütün ərazilərdən yalnız Krımı rəsmən ilhaq edib, halbuki, digərlərinə münasibətdə onların müstəqillik illüziyasını saxlamağa üstünlük verir, lakin onların marionet hökumətlərinə faktiki olaraq nəzarət edir.

Başa düşmək lazımdır ki, Rusiyanın yerli ziddiyyətlər üzərində oynaması və ayrı-ayrı dövlətlərdə separatçı və ekstremist cərəyanların dəstəklənməsi marionet hökumətlərin qurulması yox, məhz sabitliyin pozulması məqsədi güdə bilər. Əsasən, bu, aşağıdakı hallarda ola bilər:

1.Rusiya Qərb ölkələrinə qarşı bu cür siyasət yürütdükdə. Məsələn, Moskva Kaliforniyanın ABŞ-ın tərkibindən çıxması üçün “Yes California” Hərəkatının lideri Luis Marinelini fəal dəstəkləyib. O, Rusiya ilə əlaqələrini gizlətməyib. Rusiyanın Texas separatçıları ilə əlaqələri də az sıx deyil. “Rusiya izi” Kataloniya və s. aşkar edilib. İndiki halda söhbət, əlbəttə ki, Birləşmiş Ştatlarda və ya İspaniyada Moskvanın nəzarətində olan yeni “DNR” və ya “LNR” yaratmaqdan getmir, bu, sadəcə mümkün deyil, Qərbin zəifləməsindən gedir, çünki bu cür zəifləmə avtomatik olaraq o deməkdir ki, öz problemləri ilə məşğul olan Qərb ölkələri Rusiyanın Mərkəzi Avropada və postsovet məkanında getdikcə artan təsirinə qarşı fəal müqavimət göstərə bilməyəcəklər.

2.Sabitliyin pozulmasında məqsədin mövcud alyansların (NATO, Aİ və s.) parçalanmasına xidmət edən ziddiyyətlərin dərinləşməsi olduqda və  yaxud Rusiyanın dünyanın ayrı-ayrı regionlarında “mövcud münaqişələri həll edə biləcək yeganə qüvvə” kimi nüfuzu artdıqda (məsələn, Moskva özünü Yaxın Şərqdə göstərir, eyni vaxtda qarşı-qarşıya duran müxtəlif tərəfləri dəstəkləyir).

Yeri gəlmişkən, hələ 5 il öncə, 2015-ci ilin sentyabrında Belarus ekspertləri Rusiyanın geostrateji analizini təqdim etmişdilər və orada Kremlin öz “strateji perimetri” (yəni, Rusiya sərhədlərinin perimetri) boyunca ölkələrdə qeyri-sabitliyə təhrik planlarını həmin regionlarda digər dünya və regional güc dövlətlərinin təsir və iştirakının azalması vasitəsi kimi qeyd edirdilər. Həmçinin ekspertlər vurğulayıblar ki, Rusiya Yaxın Şərqdə və Asiya-Sakit okean regionunda gərginliyin artmasına çalışacaq, orada münaqişə dinamikasının artmasına xidmət edəcək ki, bu da dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Minsk analitikləri yeni geostrategiyanın ayrıca istiqaməti kimi Avroatlantika Birliyinin pozulmasını, Aİ və NATO-nun dezinteqrasiyasını, həmçinin digər dünya dövlətləri və regional dövlətlər arasında (ilk növbədə, ABŞ və Çin, həmçinin ABŞ və İran) münasibətlərdə gərginliyin artmasını qeyd ediblər. İndi, 5 ildən sonra, onların proqnozunun özünü nə qədər dəqiq doğrultduğunu görürük, - analitik cavabını tamamlayıb.

Jurnalist və ekspert Kseniya Kirillova Rusiya cəmiyyətində tendensiyaların təhlili, Rusiya təbliğatının fəaliyyət mexanizmi, “yumşaq güc” və xarici siyasət sahəsində ixtisaslaşır. Bir neçə yüz ingilisdilli məqalənin, o cümlədən Atlantic Council, Stratfor, Jamestown Foundation kimi analitik mərkəzlər, ABŞ-ın daxili təhlükəsizliyinə həsr olunmuş İntegrity İnitiative layihəsi (Homeland Security Today US) və s.  üçün araşdırmanın müəllifidir.

“Azadlıq” radiosunun (RFE/RL) bir neçə xidmətinin şərhçisidir. 2014-cü ilin aprelindən ABŞ-da yaşayır, bundan öncə Yekaterinburqda yaşayıb.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam