Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Rusiyanın 100 minlik HÜCUM SSENARİSİ: ABŞ kəşfiyyatı açıqladı

Rusiyanın 100 minlik HÜCUM SSENARİSİ: ABŞ kəşfiyyatı açıqladı

Rusiyanın mənbəyi olduğu bir sıra təhlükələr mövcuddur. Hərb Rusiyanın alətlər dəstinin yalnız bir hissəsidir.

Yenixeber.org: Bu haqda ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin Avrasiya məsələləri üzrə analitiki Yucin Çauşevskiy “Azadlıq” radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.

Analitik hesab edir ki, Rusiyanın Krım və Dnestryanı əraziyə yerüstü dəhliz ssenarisi hazırda son dərəcə ağlasığmazdır.

“Krım və Dnestrayanı əraziyə yerüstü dəhliz ssenarisi hazırda son dərəcə ağlasığmazdır. Düşünürəm, əgər Rusiya bu qədər ciddi hərbi addımı atmağa hazırlaşırdısa, onda bu, ehtimal ki, münaqişənin lap əvvəlində olardı. Nəzərə alsaq ki, son iki-üç ildə vəziyyət sabitləşib, bu, Rusiyanın belə addım atacağını ağlasığmaz edir. Bununla belə, düşünmürəm ki, hadisələrin belə ssenaridə inkişafını tamamilə istisna etmək lazımdır. Bu qərara təsir edə biləcək hansısa xarici amillər yarana bilər”, - o deyib.

Analitik qeyd edib ki, “Stratfor”un ilk qiymətləndirmələrinə görə, Krıma quru dəhlizi üçün Rusiyaya 20-30 min, Dnestryanı ərazi üçün isə bundan iki dəfə çox 40-60 min hərbçi tələb olunurdu:

“Düşünürəm ki, bu rəqəmlər indiyə kimi dəyişməyib. Amma hər şey Rusiyanın hansı hərəkətlərə gedəcəyindən çox asılıdır. Və daha çox xarici şərtlərdən. Hər şeydən əvvəl maraqlıdır ki, ABŞ və NATO ölkələri hərbi planda Ukraynanı nə qədər dəstəkləyəcək. Bunu Rusiyanın belə ssenari zamanı əməliyyata cəlb edəcəyi hərbi qulluqçuların sayı və qoşunların tipi müəyyən edəcək. Hərçənd, təkrarlayacağam ki, indi Rusiyanın belə ssenariyə gedəcəyi ağlasığmazdır. Amma bu olacaqsa, onda səsləndirdiyimiz qədər hərbçi cəlb ediləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam