Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı perspektivlərini müzakirə edəcək

 

Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı perspektivlərini müzakirə edəcək
Şərq Tərəfdaşlığı təşəbbüsünün gələcəyi aprelin 8-də, Avropa Birliyinin Brüsseldə keçiriləcək toplantısında Xarici İşlər Şurası səviyyəsində müzakirə ediləcək.
Yenixeber.org: Aİ Xarici İşlər Şurasının toplantısı Aİ, ona üzv dövlətlər və 6 Şərq tərəfdaşı ölkəsinin qəbul etdiyi birgə öhdəliyin davamıdır və dörd prioritet sahə üzrə (daha güclü iqtisadiyyat, daha güclü idarəetmə, daha güclü əlaqələr, daha güclü cəmiyyət) regionda yaşayan vətəndaşlara gözəçarpan faydalar vermək məqsədi daşıyır. 

Müzakirələrdə Azərbaycandan başqa 5 ölkə - Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan iştirak edəcək. Görüş zamanı Aİ və 6 tərəfdaş ölkəni təmsil edən nazirlər Şərq tərəfdaşlığının 2020-ci il üçün 20 praktiki nəticə adlı dəqiq fəaliyyət planını nəzərdən keçirəcəklər. 

Toplantıda Venesuela və Əfqanıstandakı vəziyyət, eləcə də "beynəlxalq gündəmdə olan aktual məsələlər" də müzakirə ediləcək. 

Şuranın növbəti toplantısı mayın 13-də Brüsseldə keçiriləcək. 

2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropaİttifaqı (Aİ), ona üzv ölkələr və onun altı şərq qonşusu (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna) arasında əlaqələri gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam