Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yaddaşımızın xeyrinə olan təklif

 

    Sadə  xalqı  eşitməyən  hakimiyət

  "Xeberinfo.com":  Çoxdandır  ki,  məni  narahat  edən  bir  mövzu  haqqında  yazı  yazmaq  istəyirəm. Amma  digəl  ki,oturub  yaza  bilmirəm  ki, bilmirəm. Səbəb  də  tənbəlliyimdi. Bu  günlərdə  metronun  xidmətindən  istifadə  edəsi  oldum. Adam çox  idi. O qədər  çox  idi  ki, nəfəs  belə  almaq   çətin yaradırdı . Qatar  hər  stansıyaya  çatanda  qətiyyətlə  ürəyimdə  deyirdim  ki, evə  çatan  kimi  yazacam. Çünki  son  vaxtlat  heç  bir  mövzu  məni  bu  qədər  məşğul  etməmişdi.

   Dəyərli  oxucular, məni  narahat  edən  məsələ  bəlkə  də. sizi  də  narahat  edir, amma  sizlər  də  mənim  kimi  tənbəllik  edib  nə  dilinizə  gətirirsiniz, nə də  yazıb  qəzet, jurnal  səhifələrində  işıqlandırırsınız.

  Uzun  illərdir  ki, metro  stansiyalarında, daha  doğrusu  qatar  dayanacağa  çatanda  həmin  stansıyanın  adını  özündə  əks  etdirən  musiqi  və  yaxud  mahnıdan  bir  parça  ifa  olunur. Bu  ifaların  yerinə  düşəni, düşməyəni  var.Məni də  narahat  edən  yerinə  düşməyənlərdi. Əvvəl- əvəl  yerinə  düşənlər  haqqında bir,iki  kəlmə. Başlayaq  Koroğlu  stansiyasında  çalınan  musiqi  parçasından. Bu musiqi  parçası   Azərbaycan  musiqisinin  Allahı  sayılan  Üzeyir  Hacıbəylinin  "Koroğlu" əsərindən  Koroğlunun  uverturasıdır  ki, məmləkətdə  bunu  bilməyən  və  sevməyən  yoxdur. Bu  uvertura  səslənəndə  şəxsən  mənim  gözümün  önünə  döyüş  səhnələri  gəlir, sanki  ordumuz  əzəli  və  əbədi  düşmənimizi  pərən-pərən  salıb,işğalda  olan  torpaqlarımızı  azad  edib  qalib  görkəmdə  durur. Nefitçilərdə,Elmlər  Akademiyasında  da  mahnılar  düzgün  seçilib. Lakin  çox  təəssüf  ki, qalan  stansiyalarda  səsləndirilən  musiqi  parçaları  heç  də  stansiyanın  adına  uyğun  seçilməyib. Götürək  elə  ən  böyük  stansiya  olan  28  Mayı. Hər  kəs  bilir  ki, 28  May  Azərbaycan  Demokratik  Cümhüriyyətinin  yaranma  tarixidir  və  stansiya  da  bu  şərəfə  belə  adlandırılıb. Gərək  ki. təmirdən  qabaq  burada  M. Ə. Rəsulzadəyə  aid   nələrsə  var  idi. Bu  gün  orda  heç  nə  görünmür. Yaxşı  olardı  ki, stansiyanın  divarında, ya da  bir  küncündə  o  tarixi  əks  etdirən  şəkillər  qoyulaydı, Azərbaycanın  dövlət   himni  səsləndiriləydi.

    Dünya  ədəbiyyatının  korifeyi  olan  Nizaminin  adına  olan  stansiyada   isə  dünya  şöhrətli  müğənni  Müslüm  Moqamayevin  ifasında  Nizaminin  "Sənsiz" romanı   diqqətə  çatdırılaydı. Mənə  elə  gəlir  ki, bu  romansın  səsləndirilməzi hər  kəsin  ürəyincə  olardı. Memar  Əcəmidə  isə  Əcəminin  memarlıq  haqqında bir  fikiri  aktyor  ifasında  səsləndirilsin. Nəsiminin  adını  daşıyan  stansiyasında R.Balayevin  ifasında  şairin  "Məndə  sığar  iki  cahan,Mən  bu  cahana  sığmazam." misraları  yerinə  düşərdi. Və  yaxud  Azərbaycanda  yeganə  iki   dəfə Sovet  İttifaqı  Qəhramanı  olan   H. Aslanov  haqqında  onun  müasirləri  tərəfindən   deyilmiş  bir  fikir  bildirilsə  dana  yaxşı  olardı. N. Nərimanov  haqqında  da  belə  olmalıdır. Bu  həm  özümüzə, həm  də  metronun  xidmətindən  istifadə  edən  əcnəbilərə  lazımdır. Ona  görə  ki, bu  gün  müasir  gənclik  nə  H. Aslanovu, nə  N. Nərimanovu, nə  də  qeyri  başqalarını  tanımır.

   Vaxtıyla  "Yeni  xəbər"in  nömrələrinin  birində  Nəqliyyat  Nazirinə, Azalın  prezidentinə   məktub  ünvanlayıb  xahiş  etmişdim  ki, nə  olar  Beynəlxalq  Avtovağzalında, H. Əliyev  adına  hava   limanında, dəmir  yol  vağzalında  gündə  bircə  dəfə  elan  edin  ki, müvəqqəti  olaraq  qədim  Azərbaycan  torpaqları  olan  Təbrizə, Ərdəbilə, Dərbəndə, Borçalıya, İrəvana, Xankəndinə ... təyyarə  uçmur, qatar, avtobus  getmir. Bu  özümüzə  və  xarici  qonaqlarımıza  bir  tarixi  yaddaç  xatırlatması  olardı. Çox  təəssüf  ki, bu  sağlam  və  lazımlı  təklifi  hər  iki  qurum  qulaq  ardına  vurdu. Yalan,  doğru  nə  vaxtsa  qəzetdə  oxumuşam  ki, Berlindən  qatar  yola  düşəndə  almanlar  elan  edirlər  ki, hörmətli  sərnişinlər, müvəqqəti  olaraq  Berlindən  Kensberqə  (Kalininqrada ) qatar  işləmir. Bu  almanların  yaddaşı, bu  da  bizim  yaddaşımız. Sonra  da  deyirik  ki, biz  unutqan  xalqıq.

   Mənə  elə  gəlir  ki, mənim  təkliflərimi  həyata  keçirmək  üçün  bir  elə  də  böyük  pul  vəsaiti  lazım  deyil. Təklifə  vətənpərvərlik  və  vətəndaşlıq  mövqeyindən  yanaşmaq  lazımdır. Bunun  tarixi  yaddaşımıza  xeyri  olacaq  ki, ziyanı  olmayacaq. Haydı  iş  başına!

 

                                   

Məhərrəm  Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam