Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Ankara müharibə elan etdi: Vəziyyət nəzarətdən çıxır –300 minlik türk ordusu…

 

Ankara müharibə elan etdi: Vəziyyət nəzarətdən çıxır – 300 minlik türk ordusu…

Yenixeber.org: İddiaya görə, Türkiyə 300 min hərbi qüvvəni İdlibdə Suriya hökumət qüvvələrinə qarşı başladığı “Bahar Qalxanı” hərbi əməliyyatları üçün bölgəyə göndərib. Bu əməliyyat Suriya ordusunun fevralın 27-də türk qoşunlarına hücumuna Türkiyənin cavabıdır. Hücumda 34 türk əsgəri həlak olub.

Türk ordusu İdlibdəki döyüşlərdə şəhid olan əsgərlərin boş yerə qurban olmasına imkan verməyəcəyini və Suriya rejiminin bu itkinin əvəzini ən ağır formada ödəməli olacağını deyib. Eyni zamanda, Türkiyənin Müdafiə naziri Hulusi Akar əməliyyatlara şəxsən nəzarət etmək üçün İdlib cəbhəsinə gəlib. Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla rus həmkarı Vladimir Putindən qüvvələrini geri çəkməsini istədi, bununla türk ordusunun Bəşər Əsəd qüvvələri ilə təkbətək döyüşməsini və cəzalandırmasını təmin etdi. Türkiyə Suriya hökumət qüvvələrini təslim olmağa və İdlibdən çıxmağa məcbur edir. Ekspertlərə görə, Suriya müharibəsi boyunca Türkiyənin reaksiyası heç vaxt belə sərt olmayıb. Bəs Ərdoğanı bu qədər qəzəbləndirən nədir ki, 300 min türk əsgərini Suriyaya köçürmək qərarına gəldi?

Aydındır ki, Türkiyənin ilkin məqsədi Əsəd qüvvələrinin dəstək verdiyi kürd terror təşkilatlarını (PKK, PYD və YPG) Suriya ilə sərhədlərdən uzaqlaşdırmaqdır. Bu çərçivədə də, həmin qüvvələrin Türkiyə sərhədlərinə yönəldən Əsəd rejimini dəyişməkdir. Beləliklə, Türkiyə Suriyada siyasi hakimiyyətinin dəyişdirilməsini həyata keçirəcək, bölgədə öz nüfuz dairəsini genişləndirməklə yanaşı qlobal güclərin “Kürdüstan” dövləti yaratmaq planlarının üzərindən xətt çəkəcək.

Nəticədə, Türkiyə Suriya məsələsində lider mövqeyə çatmaq üçün zaman-zaman silahlı kürdlərin başına sığal çəkən Rusiya ilə münasibətləri gücləndirdi, digər tərəfdən isə həmin qruplaşmaların böyük bir hissəsini Suriyanın şimalından uzaqlaşdırmaqla bölgədə təhlükəsizlik zonası qurmağa nail oldu. Lakin Suriyanın şimalından İdlibə qədər maneəsiz irəliləyən türk ordusu burada gözlənilmədən Rus və Əsəd qüvvələri ilə üz-üzə qalmalı oldu. İndiki məqamda da, əsas məsələ Putini İdlib və ətrafındakı rus-Əsəd qüvvələrini Türkiyənin istədiyi məsafəyə qədər geri çəkməyə razı salmaqdır. Martın 5-də Rusiya və Türkiyə liderləri arasında baş tutacaq görüşdə bunun əsas müzakirə mövzusu olacağına şübhə yoxdur.

Görüşdən əvvəl verdiyi bəyanatlardan da görünür ki, Ərdoğan Suriya tərəfdən Türkiyənin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edəcək. Görüşə bir neçə saat qalmış Ankaradan verilən açıqlamalar onu deməyə əsas verir ki, Moskvadakı görüşdə güzəştlərdən söhbət gedə bilməz. 300 minlik bir qüvvənin də İdlib cəbhəsi yaxınlığına yerləşdirilməsi də, bu baxımdan təsadüf deyil. Ayın 5-dəki görüş böhranın diplomatik həll prosesi üçün sonuncu cəhdlərdən biri ola bilər.

Moskvanın Suriya hökumətinə bölgədəki bütün Rusiya zenit-raket sistemlərindən istifadəyə icazə verməsi də, gərginliyin ahəngdarlığına uyğundur. Bundan əlavə, Rusiya ordusu Türkiyə hava qüvvələrinə ciddi bir xəbərdarlıq etdi: Suriyadakı Rusiya komandanlığı Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya hava məkanında uçuşlarının təhlükəsizliyinə zəmanət verə bilməyəcək, yəni İdlibdə Rusiya ordusu arasında itki olarsa, Rusiya komandanlığı sərt əks-hücumla cavab verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam