Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Suriyada Əsəd rejiminin əsgərləri bombardman edildi - YENİLƏNİB - 2

 

 

Türkiyə ordusunun Suriya ərazisinə endirdiyi aviazərbələr nəticəsində Bəşər Əsədə sadiq qüvvələrə məxsus maşın karvanı məhv edilib.

Yenixeber.org: Bu barədə “Sabah” qəzeti mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, “M-5” beynəlxalq şossesi (şimal-cənub) ilə hərəkət edən Suriya ordusunun əsgərləri bombardman edilib.

Türk qüvvələrinin artilleriyası Hələbin şimalında Tel-Rifaat şəhərində Suriya qoşunlarının mövqelərinə də intensiv atəş açır.

Bu arada Türkiyənin rəsmi xəbər agentliyi “Anadolu” bildirib ki, son iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya hökumət qoşunlarının 130-a yaxın hərbi texnikasını sıradan çıxardıb.

17 gün ərzində Türkiyə ordusunun hücumları zamanı 55 Suriya tankı, 18 zirehli və 21 hərbi maşın, 29 haubitsa və üç vertolyot məhv edilib, 1 700 hərbçi zərərsizləşdirilib.


03:41***

Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

Bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib. Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq.

“Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.

Xatırladaq ki, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam