Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

PUTİNİN VƏ ƏTRAFININ MİLYARDLIQ HESABLARI AÇILACAQ

 

Birləşmiş Krallığın xarici işlər naziri bəyan edib ki, London Moskvaya qarşı informasiya müharibəsində Rusiya elitasının maliyyə sirlərini “xalqa” elan edə bilər.

"Xeberinfo.com":  Məlumata görə, Philip Hammond deyib ki, Rusiya prezidentinin yaxın çevrəsinin gizli sərvəti barədə məlumatların açıqlanması Putin rejimini Rusiya xalqının gözündən salmaq məqsədi güdəcək.
12Britaniyanın xarici işlər naziri bildirib ki, Vladimir Putin Rusiya Silahlı Qüvvələrini sürətlə təkmilləşdirməklə Avropaya və Britaniyaya təhlükə təşkil edir. Cənab Hammond vurğulayıb ki, Rusiyaya Soyuq Müharibə ardınca “ləyaqətli yerinin” təklif edilməsi cəhdləri artıq etibarını itirib.
İndiyədək Britaniya hökuməti Moskva ilə münasibətlərin normallaşa biləcəyinə ümid edirdi.
Baş nazir David Cameron dəfələrlə bildirmişdi ki, Rusiya Ukraynadakı təcavüzünü dayandırarsa, onun üçün Avropanın qapısı açıq saxlana bilər. İndi isə baş nazir Rusiyanın çox böyük təhlükə olduğunu etiraf edib və bildirib ki, Britaniyanın kəşfiyyat orqanları rus dilini bilənlərin intensiv şəkildə xidmətə cəlb edilməsinə başlayıb.
Baş nazir David Cameron həmçinin deyib ki, Rusiya televiziyası ilə informasiya müharibəsində üstünlüyün əldə edilməsi məqsədilə BBC-nin Rus və Ukrayna xidmətlərinin büdcələri artırılmalıdır.
Rusiya və Ukraynadakı Britaniya diplomatları informasiya müharibəsinin tərkib hissəsi kimi vaxtaşırı Ukrayna separatçılarına Moskva tərəfindən verilmiş silah və texnika barədə təsvirli məlumatları açıqlayırlar.

Avropa İttifaqı Krımın ilhaqı ilə əlaqəsi olan 151 Rusiya və Ukrayna vətənsdaşı, habelə 37 şirkət barədə sanksiyalar qəbul edib. Britaniya mətbuatı yazır ki, Putin əshabələrinin sərvəti barədə məlumatlar ziddiyyətli olsa da, onun milyardlarla dollar civarında olduğu düşünülür.
Bu sərvətin ofşor bank hesablarında gizlədildiyinə, London və Nyu Yorkun bahalı mülkiyyət bazarına qoyulduğuna dair tutarlı faktlar mövcuddur.
“The Daily Telegraph” qəzeti yazır ki, bu sərvətin böyük bir hissəsi 1990-cı illərdə nizamsız özəlləşdirmə layihələri ilə əldə olunub.
Cənab Hammond Britaniya hökumətinin ixtiyarında Putinin yaxın çevrəsinin maliyyə sövdələşmələrinə dair “maraqlı” faktların ola biləcəyini istisna etməyib. O deyib ki, “strateji kommunikasiya” xidmətlərinin məhz bu məsələlərin üzərində işləməsinə sərəncam veriləcək.
Britaniya xarici işlər naziri “strateji kommunikasiya” ifadəsini “kəşfiyyat orqanları”nın sinonimi kimi işlədib.
Philip Hammond deyib ki, Rusiyanın post-Soyuq Müharibə dövründə inteqrasiya olunmasına “səxavətlə” edilmiş cəhdlər boşa çıxıb.
Nazir mülahizə yürüdüb ki, Putin Sovet İttifaqının çökməsini təhqir hesab edir və bunda Qərbi günahlandırır.
Cənab Hammond deyib ki, Rusiyanı qanuna əsaslanan sistemə inteqrasiya etmək səyləri iflasa uğrayıb.
O bildirib ki, Rusiya lideri Krımın qanunsuz ilhaqı və Şərqi Ukraynanın sabitsizləşdirilməsi ilə Şərqi Avropa ölkələrinin suverenliyinə təhlükə yaradıb.
Nazirin sözlərinə görə, Rusiyanın hazırkı davranışı yaşı 50-ni haqlayanlar üçün yaxşı tanışdır.
“The Daily Telegraph”,qəzetin öz təbirincə deyilərsə, Putinin və Rusiya elitasının “portmanatları” sayılan oliqarxlardan bir neçəsinin adlarını çəkib. Bunlar Rusiya dəmir yollarının rəhbəri Vladimir Yakunin, neft ticarətçisi Gennady Timchenko, Bank Rossiyanın ən böyük payçısı Yuri Kovalchuk, Arkady və Boris Rotenburg qardaşları, “Rosneft”in prezidenti İgor Sechindir. (Azadlıq Radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam