Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa liderlərindən Rusiyaya çağırış

 

Qərb Rusiya ilə anlaşmanın iki mühüm şərtini bir daha gündəmə gətirdi

"Xeberinfo.com":  Məlumata görə, “The USA Today” bu günkü sayında yazır: “Avropa liderləri bəyan edirlər ki, Rusiya prezidenti Putinlə mütəmadi əlaqə saxlayırlar. Ümid edirlər ki, diplomatik müstəvidə anlaşma əldə edə biləcəklər. Bunun üçün Rusiya Krımın işğalından imtina etməlidir, həmçinin Ukraynanın şərqində separatçılara dəstəkdən əlini çəkməlidir. Nə vaxta kimi ki, bu şərtlər Rusiya tərəfindən qəbul olunmayacaq, Avropa Birliyi Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara sadiq qalacaq”.

Finlandiyanın baş naziri Aleksandr Stubb belə bir bəyanatla çıxış edib: “Putinlə hər kəs danışır. Ukrayna prezidenti demək olar ki, hər gün Rusiya prezidenti ilə danışır. Almaniya kansleri Anqela Merkel həftədə bir neçə dəfə Putinlə telefon əlaqəsi saxlayır”.

Bütün bunlara baxmayaraq, “The USA Today” yazır ki, Davosda da olan atmosferdən aydın hiss olunur ki, Rusiya Minsk sazişinə sadiq qalmasa, Avropa ilə anlaşa bilməyəcək.

Finlandiyanın baş naziri bildirib ki, onun hökuməti Rusiyaya tətbiq olunmuş sanksiyanı dəstəkləyir: “Ancaq biz bu böhrana görə rus xalqının günahlandırılmasının əleyhinəyik”.

Aleksandr Stubb deyib ki, əslində Rusiya iqtisadiyyatının ciddi çətinliklərlə üzləşməsi Qərbin tətbiq etdiyi sanksiyalarla bağlı deyil: “Rusiya soyuq müharibə başa çatdıqdan sonra iqtisadi islahatlara getməliydi. Rusiya iqtisadiyyatının çağdaş standartlar səviyyəsində yenidən qurulmasına ehtiyac vardı. Ancaq ruslar buna cəsarət etmədi”.

Finlandiyanın baş naziri onu da qeyd edib ki, yaxın gələcəkdə Rusiya liberal-demokratiyaya sahib olan ölkələr sırasına daxil olmayacaq: “Buna baxmayaraq, biz Rusiyanı Avropadan təcrid etməməliyik”. (musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam