Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

HAKİM PARTİYA İSLAHATLARA MANE OLUR -“YAP-ın daxilində islahatların keçirilməsində maraqlı olmayan qüvvələr var”

 


AZƏRBAYCANDA HAKİM PARTİYA İSLAHATLARA MANE OLUR - “YAP-ın daxilində islahatların keçirilməsində maraqlı olmayan qüvvələr var”

       Taliyət Əliyev: “YAP artıq bir partiya kimi simasını itirməkdədir”

Namizəd Səfərov: “Yeni Azərbyacan Partiyası tarixin səhnəsindən silinməlidir” “Yeni Azərbaycan Partiyası yalançı bir partiyadır”

Yenixeber.org: Ölkədə bir çox qanunsuzluqların, o cümlədən də seçkidə baş verən saxtakarlıqların arxasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) dayanması şübhəsizdir. Təsadüfi deyil ki, özünü buraxan deputatların böyük əksəriyyəti  növbədənkənar parlament seçkilərində YAP-ın siyahısı ilə namizədliyini irəli sürdülər və yenidən deputat oldular. Əslində, bu, o deməkdir ki, hakim partiya prezidentin islahatlarına “çidar” vurur. Yəni köhnə zehniyyətə malik YAP islahatların qarşısını alır. Bu baxımdan, YAP-ın ya tamamilə yenilənməsinə, ya da köhnə zehniyyətə alternativ bir partiya formalaşdırılmasına ehtiyac var ki, islahatlar yeni yaradılan təşkilatın əsasında aparılsın.

“YAP-ın daxilində ölkədə  islahatların keçirilməsində maraqlı olmayan qüvvələr var”

Картинки по запросу "Taliyət Əliyev"

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev saytımıza fikirlərini bölüşdü: “İlham Əliyev özü elə parlament seçkilərindən öncə çıxışında açıqlamışdı ki, ölkədə aparılan bu islahatların tormozlonmasına səbəb olan, qarşısını alan məmurlar var. Bu, prezident səviyyəsində etiraf olunan bir məsələdir. Ona görə də istina etmirəm ki, YAP-ın daxilində ölkədə islahatların keçirilməsində maraqlı olmayan qüvvələr var. Bu, açıq-aydındır. Şəxsən bu seçki kampaniyasına giriş ərəfəsində mənim özümün bir seçki qərargahının rəhbəri kimi müşahidə etdiyim faktorlardan biri o idi ki, sanki bu seçki kampaniyasının ölkədə keçirilməsinin əleyhinə  işləyən qüvvələr var. Ölkədə seçki institutları var. Seçki institutlarının hamısı hüquqi baxımdan bir mərkəzdən idarə olunur. Amma faktiki işə start veriləndə görürsən ki, bir dairədə seçki komissiyası istər sənədlərin qəbulu, istərsə də prosedur addımların atılmasına heç bir maneçilik törətmir, amma digər əksəriyyət dairələr isə hər addımda buna maneəçilik törədir.  Bu, onu göstərir ki, deməli, hakimiyyətin daxilində ölkədə islahatların keçirilməsində maraqlı olmayan qüvvələr var. Hər addımda da onların adamları buna badalaq vurmaqla özlərini göstərirlər ki, bu islahatlar həyata keçirilməsin.

O cümlədən də mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının daxilində olan qüvvələr də istisna deyillər. Sözsüz ki, bu, hakim partiyadır və hakim partiyanın da daxilində bu cür qüvvələrin olması istisna deyil və faktiki olaraq biz bunu görürük. Bu, hətta ölkə prezidenti səviyyəsində etiraf olunan bir məsələdir”.

           “Ölkədə yeni bir partiyanın yaranmasına ehtiyac var”

T. Əliyevin sözlərinə görə, əslində, Yeni Azərbaycan Partiyası klassik mənada artıq partiya statusundan çıxıb: “Fikir verirsinizsə, ancaq orada mafioz qruplar var, bir qrup bir oliqarxın tərəfindədir, bir qrup digər oliqarxın tərəfindədir. Yəni faktiki olaraq orada hansısa bir ideologiyadan söhbət getmir. Ona görə də, əlbəttə ki, YAP-ın özünün də yenilənməsinə və yaxud ölkədə yeni bir partiyanın yaranmasına ehtiyac var. Çünki YAP artıq bir partiya kimi simasını itirməkdədir”.

 “YAP-ın ləğvi islahatların həyata keçməsinə böyük bir stimul verə bilər”

T. Əliyevin fikrincə, Yeni Azərbaycan Partiyasının ləğv olunması, yaxud yenidən formalaşması ən azı siyasi səhnədə yeniləşməyə, ölkədə nəzərdə tutulan islahatların həyata keçməsinə böyük bir stimul verə bilər: “Amma YAP ləğv olunacaq, olunmayacaq, bunun özü çox ciddi məsələdir. Çünki buna müqavimət göstərən kifayət qədər qüvvələr var. Bu qüvvələrin zərərsizləşdirilməsi, YAP-ın ləğv olunması çox müşkül məsələdir. Amma əlbəttə ki, bu, olsaydı, ölkədə siyasi səhnənin tamamilə yenilənməsinə ən azı stimul verə bilər”.

“Şəxsən mən bu parlamenti, seçkilərin nəticəsini tanımıram”

Картинки по запросу "Qida monopoliyası bəzi cinayətkar qurumlar tərəfindən idarə olunur ..."

 Hüquqşünas Namizəd Səfərov isə dedi ki, ölkədə keçmiş parlamentin buraxılmasının hansı səbəblərdən irəli gəldiyi aydın olmadı: “Əvvəl hakim partiyanın, daha sonra Milli Məclisin, ondan sonra Yeni Azərbaycan Partiyasının sədri olan prezidentin parlamentin buraxılması ilə bağlı verdiyi qərarı bu günə kimi heç kim başa düşə, məntiq tapa bilmir. Çünki birincisi, ölkə Konstitusiyasında Milli Məclisin buraxılmasının bu əsasları mövcud deyildi. Biz dəfələrlə müraciət etdik, bəyanatlarımızda da göstərdik ki, parlamentin buraxılmasının Konstitusion əsasları ortaya qoyulmalıdır. Yəni Konstitusiya Məhkəməsi prezidentin müraciətini qanuni hesab edərkən bunu əsaslandırmalıydı. Heç bir əsaslandırma aparılmayıb. Bu günə kimi də parlamentin buraxılması qaranlıq olaraq qalır. Hətta siyasi baxımdan da araşdıranda nə məqsədlə hakim partiya bu addım atıb, bu günə kimi qaranlıqdır. Yaxşı, deyək ki, bunlar parlamenti buraxdılar və bunu çox qəribə bir formada prezidentin apardığı islahatlarla parlametin ayaqlaşa bilmədiyi ilə izah etməyə çalışdılar. Bundan başqa, ağılabatan bir əsas gətirmirdilər. Yenidən isə keçmiş parlamentdən 75 nəfəri yeni parlamentə salındı. Əgər deyildiyi ki, o parlament zehni cəhətdən prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirdisə, köhnənin qalığı idisə, bəs, nə üçün həmin şəxsləri yeni parlamentə dürtdülər? Deməli, əslində, deyilənlərin hamısı bəhanədir. Yenə də deyirəm, heç kimə bəlli deyil ki, bu köhnə parlament niyə ləğv olundu və yenidən də həmin parlament yaradıldı. Şəxsən mən bu parlamenti, seçkilərin nəticəsini tanımıram və hesab edirəm ki, xalq ayağa qalxıb, Milli Məclisin birinci sessiyasının keçirilməsinə imkan verməməlidir”.

“Yeni Azərbaycan Partiyası yalançı bir partiyadır”

N. Səfərovun sözlərinə görə, əslində, YAP klassik bir partiya formasında deyil: “Bu, hakimiyyətin qurduğu siyasi ideya ətrafında yaradılmış bir partiya deyil. Bu, hakimiyyət ətrafında qurulmuş bir partiyadır və hakimiyyətin cinayətkar əməllərində bilavasitə iştirak edir. Bu gün guya, Yeni Azərbaycan Partiyasının ləğv olunması, onun yenidən yaradılması nəyi dəyişir ki? Yəqin bilirsiniz, Azər Həsrət də belə bir təklif irəli sürüb ki, Yeni Azərbaycan Partiyası ləğv olunmalıdır, yeni bir hakim partiya yaradılmalıdır. Hesab edirəm ki, YAP-ın ləğv olunması və yaxud yenisinin yaradılması dövlətin bugünkü siyasi rejimində heç bir əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, bu hakimiyyət dəyişilməlidir, Yeni Azərbyacan Partiyası da tarxin səhnəsindən silinməlidir. Bu partiyanın 30 il ərzində törətdiyi cinayətlərin hamısı araşdırılmalıdır, istintaq aparılmalıdır və hüquqi qiymət verilməlidir”.

 “Hamı bilir ki, YAP klassik partiya formasında, ideya ətrafında yaranmış bir partiya deyil”

Səfərov hesab edir ki, YAP-ın ləğvi mövcud şəriatdə vətəndaşlara heç nə verə bilməz:“YAP-ın dəyişilməsi, yeni hakim partiyanın yaradılması heç nəyi dəyişmir. Yeni Azərbaycan Partiyası yalançı bir partiyadır. Bütün dövlət təşkilatlarında işləyən 700 minə qədər adam guya ki, o partiyanın üzvüdür. Seçkilər zamanı aşkar gördük ki, YAP-ı təmsil edən müşahidəçilərdən soruşurlar ki, siz kimi təmsil edirsiniz? Heç YAP-ın nə olduğunu, həmin partiyanın sədrinin kim olduğunu da bilmirlər. Bu faktlar təsdiq edir ki, Yeni Azərbaycan Partiyası yalançı bir partiyadır. Siyahı üzrə fəhlələri, müəllimləri, qulluqçuları o partiyaya salıblar. Əslində, partiyanın üzvlərinin heç 10 nəfəri də partiyanın nizamnaməsinin, ideyalarının nədən ibarət olduğunu bilmir. Cəmiyyətdə hamı bilir ki, YAP klassik partiya formasında, ideya ətrafında yaranmış bir partiya deyil. Heydər Əliyevin ətrafında hakimiyyətdə cəmləşmək üçün yaradılan bir qrupdur. Necə deyərlər, hakimiyyətin kadr yetişdirən bir qrupudur. Ona görə, mən bunu partiya adlandıra bilmirəm. Bunun ləğv olunmasının, yenidən yaradılmasının cəmiyyətimiz üçün heç bir əhəmiyyəti yoxdur”.(hurriyyet.org)

Zamir NUR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam