Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

“Həmin YAP-çılar yenidən deputat olmaq istəyir” – Sərdar Cəlaloğlu

“Həmin YAP-çılar yenidən deputat olmaq istəyir” – Sərdar Cəlaloğlu

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısını dekabrın 25-də açıqlayacağı bildirilirdi. Hətta dünən YAP İdarə Heyətinin iclasının keçirildiyi və yaxın saatlarda siyahının elan ediləcəyi barədə məlumat yayılmışdı. 

 

Yenixeber.org: Lakin gözləntilərin əksi baş verdi. YAP siyahını açıqlamadı. Bu isə müxtəlif fərziyyələrə səbəb olub. Bəzi iddialara görə, hakim partiyanın siyahını açıqlamamasının səbəbi partiya daxilində baş qaldıran narazılıqlarla bağlıdır. Narazılar isə YAP-ı Milli Məclisdə təmsil edən partiya üzvləridir. Onlar yenidən deputat olmaq niyyətindədirlər və mövqelərindən geri çəkilmək istəmirlər.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da məsələ ilə bağlı düşüncələrini açıqlayarkən bildirib ki, siyahının açıqlanmamasının arxasında YAP-dakı ziddiyyətlər dayanır. 

“Bilirsiniz ki, Milli Məclis buraxılıb və bu barədə ilk məsələ qaldıran Yeni Azərbaycan Partiyası olub. Məhz onların təışəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü irəli sürülüb. Hakim partiyanı Milli Məclisdə təmsil edən heyət də bu qərarın lehinə səs verib. Milli Məclisin buraxılması indiki tərkibin islahatlarla ayaqlaşmaması ilə izah edilib. 

İndi həmin YAP-çılar yenidən deputat olmaq istəyir. Bu isə YAP-ı çətin vəziyyətdə qoyub. Axı bu adamlar özləri bildirib ki, biz islahatlara mane oluruq. İndi necə ola bilər ki, yenidən deputat olsunlar? Siyahının yubanması buna görədir. Hakim partiya yeni simaları önə çəkmək istəsə də, “köhnələr” narazılıq edir”, - deyə ADP sədri bildirib. (yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam