Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

YAXIN GÜNLƏRDƏ TÜRKİYƏ SURİYADA HƏRBİ ƏMƏLİYYATA BAŞLAYA BİLƏR –Rusiyanın dərinləşən şübhələri mediaya sıçrayır

Hazal Yalın

“Yakın Doğu Haber”, 10.02. 2020

 

Yenixeber.org:  Rusiyanın ana mediasındakı təhlillərdə rus ictimai fikrinin Türkiyəyə qarşı şübhələrinin dərinləşdiyinə işarələr var.

 

“Çuvalçı general”ın saytı

İdlibdə baş verə biləcək inkişaflarla əlaqədar əhəmiyyətli bir şərh ISW-nin (Müharibə Tədqiqatları İnstitutu) saytında dərc edilib.

İstefada olan general Petreus da ISW-nin plenar iclaslarında iştirak edir. Petreus 2003-cü ilin məşhur “çuval hadisəsi”nin qəhrəmanıdır.

Yadınıza salaq: Türkiyə Silahlı Qüvvələrinin 11 zabiti ABŞ-ın İraqdakı işğalçı qüvvələri tərəfindən tutulmuş, başlarına çuval keçirilmiş və ölkədən qovulmuşdu.

Petreusun tərcümeyi-halında Türkiyə ictimaiyyətini ən çox maraqlandıran bənd budur. Lakin istefada olan general çuval hadisəsindən sonra ABŞ hərbi və kəşfiyyat bürokratiyasının zirvəsinə yüksəlib. O cümlədən CENTCOM komandanlığı və CIA rəhbərliyi. Buna görə də, onun təmsil olunduğu bir qurumun yaydığı proqnozlar yaxın baxışa layiqdir.

ISW təmsilçisi Maykl Land Suriya və müttəfiqlərinin aylardır İdlib əməliyyatını hazırlandığı fikrini irəli sürür və Rusiyanın əməliyyatı, xüsusilə Türkiyə kontekstində diplomatik mövqeyini gücləndirmək üçün istifadə etdiyini vurğulayır. Ancaq əməliyyatın tempinə rəsmi Dəməşqin deyil, Moskvanın nəzarət etdiyini bildirir.

Landın sözlərinə görə, hərbi əməliyyatın bir məqsədi İdlibdəki mülki əhalinin Türkiyə sərhədinə hərəkətini təmin edərək, Ankaranın Suriyadakı hərəkətlərini təzyiq altında saxlamaqdır. “Rusiya və Türkiyə arasında Suriyada əksəri praqmatik olan əlaqələrə baxmayaraq, hər iki ölkə, nəhayət, bir-birlərindən son dərəcə fərqli hədəflər və prioritetlər güdür. Rusiya, xüsusilə Türkiyəyə Suriyadakı NATO üzvü olaraq baxır, digər NATO üzvü ABŞ-dır. Rusiya, ABŞ və Türkiyə tərəfindən (şərqdəki Deyr əz-Zor vilayətindən qərbdə Lazkiyeyə qədər uzana biləcək) NATO bölgəsi qurma ehtimalını ortadan qaldırmaq üçün ikitərəfli yanaşmadan istifadə edir. Bu səylərin məqsədlərindən biri Türkiyənin hərəkətlərini İdlibdə məhdudlaşdırmaq, digəri isə Suriyanın qərbində ABŞ-a qarşı Rusiya-Türkiyə əməkdaşlığını genişləndirməkdır”.

Müəllif Türkiyənin İdlibdəki qrupları nəzarət etmə çatışmazlığı və ya istəksizliyindən pərişanlığını vurğulayır.

Məqalədə İdlibin tutulmasının yanvarın ortalarından bəri davam edən əməliyyatlarda hədəfə gəlmə ehtimalı istisna edilmir. Bununla birlikdə, Land “üsyançılar” adlandırdığı “cihadçılar”ın M-5 magistral yolunun qərbində daha əlverişli müdafiə mövqeləri tuta biləcəklərini bildirir.

Buna görə də, Rusiyanın M-5 magistralını ələ keçirməsindən sonra diplomatik səylərə fokuslanacağı proqnozlaşdırılır. “Rusiya, ehtimal ki, M5 magistralından kənarda bəzi məqsədlərə çatacaq, lakin bu proses çox ağır inkişaf edəcək və Rusiyanın diplomatik maraqları hərbi gücü ilə müəyyən ediləcək”.

 

“Exo Moskvı”dakı məqalə

Rusiyadakı üç əsas liberal KİV-in bəlkə də ən əhəmiyyətlisi (başqaları “Novaya Gazeta” və Dojd TV) “Exo Moskvı”nın yazarı Mixail Oşerovun məqaləsinə nəzər salaq. Oşerov Rusiya yəhudisi və İsrail vətəndaşı kimi kəskin anti-ABŞ və anti-İsrail mövqeyi tutur və bu münasibətini “Exo Moskvı”dakı məqaləsində də ifadə edir.

“Rusiya və Suriyanın hazırkı rəqibləri Rusiya ilə münaqişəni maksimum səviyyəyə çatdırmağa hazır olan ölkələrdir… Heç kim heç bir məsələdə Rusiya ilə razılaşmaq istəmir. Rusiyaya qarşı çoxdan bəri məhv etmə müharibəsi aparılır və barışıq ola bilməz. Rusiyadan gözlənilən yeganə şey qeyd-şərtsiz təslimiyyətdir”.

Oşerov daha sonra yazır: “Rusiyanın ali siyasi rəhbərliyi bu münaqişədə sona qədər iştirak etməyə hazır deyilsə, yalnız qiyamçılara deyil, həm də təcavüzkar dövlətlərə qarşı hərbi güc tətbiq etməyə hazır deyilsə, Suriya ekspedisiyası son illərdəki bütün Rusiya siyasətinin siyasi süqutu olacaq və rüsvayçılıqla başa çatacaq”.

Şimali Koreya və İrandan nümunələr gətirən Oşerov amerikalıların yalnız qarşı tərəfin “dəmir iradəsi” ilə qarşılaşdıqdan sonra geri addım atdığını söyləyir.

 

VPK: “Türkiyə liderinin ölçüsüz iştahası”

Müdafiə sektorunun həftəlik qəzeti “Voyenno-Promışlennıy Kuryer” (VPK) bir müddətdir ki, Türkiyənin İdlibdəki (və Liviyadakı) varlıq və hədəflərini sərt ifadələrlə tənqid və bunun Rusiya ilə gedərək geridönməz bir qopmaya yol aça biləcəyini iddia edir.

Fevralın 8-də dərc olunan “Türkiyənin iki cəbhədə vəkalət savaşı” başlıqlı yazında Ərdoğanın neo-Osmanlı ekspansiya siyasəti yürütməsi və türkiyəli hərbi səlahiyyətlilərin “cihadçılar”dan sui-istifadə etdiyi vurğulanır: “Bu qruplar rəsmi olaraq Türk ordusunun tərkibində olmadığından onları çirkli (etnik təmizləmə kimi) və ya həddən artıq riskli işlərdə (amerikalılara və ya ruslara hücum) istifadə etmək mümkündür. Lazım olduqda onlardan imtina da edilə bilər”.

“Cihadçılar”ın Türkiyə tərəfindən Rusiyaya qarşı istifadə edilməsi eyhamına rus saytlarında tez-tez rast gəlinir. Lakin bu iddia nadir hallarda effektiv nəşrlərdə ifadə olunur. Buna görə də, VPK-nin bu ifadəsi işlətməsini qiymətləndirməlidir.

Qəzet iddia edir ki, Ərdoğan indi bu “cihadçılar”dan Liviyadakı Həftər qüvvələrinə qarşı istifadə etmək qərarına gəlib və Suriyadan 4 min cihadçı bu ölkəyə köçürülüb.

AP-nin xəbərlərinə istinadla, “cihadçılar” arasında Rusiyada qadağan olunan “əl-Qaidə” (HTŞ) və İŞİD üzvlərinin olması iddiası eyni dərəcədə vacibdir.

Qəzet əslində, bütün “cihadçılar”ın terrorçu olduğunu bildirir, ancaq Qərbdə, yaxud Türkiyədə onlar haqqında “mülayim” deyildiyi də xatırladılır.

Yenə də AP-nin xəbərinə əsaslanaraq Türkiyənin ötən ilin avqust ayından bəri Tripoli hökuməti döyüşçülərinə təlim keçdiyi diqqət çəkir. “Lakin onların hərbi fəaliyyətə qoşulması Tripoli hökumətinə çox kömək etmədi. Türklər daha sonra Liviyadakı terrorçuların sayını əhəmiyyətli dərəcədə artırıblar və Suriyadan yeni “canlı qüllə” göndəriblər. Lakin Suriya ordusunun İdlibdəki terrorçuların son istehkamlarına hücumu bu planları ciddi şəkildə pozub. İndi onlar hərbçilərini Suriyanın bu əyalətindən göndərə bilmirlər; əksinə, Ankarada böyük planın mövzusu olan torpaq qəsbi üçün təcili gücləndirməyə ehtiyac duyurlar. Türkiyə öz liderinin ölçüsüz iştahası sayəsində eyni vaxtda iki cəbhədə döyüşün həzzinə varıb”.

 

“Avia.Pro”: “Türkiyə yaxın 72 saatda Suriyaya təcavüz edə bilər”

Fevralın 9-da “Step News” tərəfindən yayımlanan və SOHR tərəfindən təsdiqlənən xəbər, Ankaranın “Milli Azadlıq Cəbhəsi” liderlərinə Türk Silahlı Qüvvələrinin iştirakı ilə geniş hücuma hazır olmanı tapşırması Rusiyanın müdafiə portallarından olan “Avia.Pro”-da dərc olunub.

Həmin xəbərdə ən əhəmiyyətli ifadə budur: “Hazırlıqlar üçün lazımi zaman nəzərə alınsa, Türkiyə önümüzdəki 24 və ya 72 saatda Suriyaya təcavüz edə bilər”.

Portal Türkiyənin mövzuya rəsmi şərh vermədiyini bildirir. Ancaq Türkiyənin bir həftədir İdlibə ən az 1200 hərbi vasitə, o cümlədən 200-300 qədər tank, həmçinin səyyar top batareyaları, zirehli vasitələr, çoxlüləli roketatar və s. göndərdiyini xatırladır.

Məlum portalın məlumatına görə, bütün bunlar genişmiqyaslı hərbi qarşıdurmaya hazırlıqdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam