Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

AVRASİYA BİRLİYİNİN TOPLANTISINA NİYƏ QATILIRIQ? –“Prezidentin bu tədbirdə iştirakında qəbahət görmürəm”

 

Rusiya Xarici işlər naziri Sergey Lavrov, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsin sədrinin müavini Konstantin Zatulin və başqa Rusiya rəsmilərinin işğalçı Ermənistana dəstək bəyanatlarına baxmayaraq, rəsmi Bakı Rusiya ilə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətini nümayiş etdirir. 

Yenixeber.org: Dünən məlum oldu ki, ölkə prezidenti İlham Əliyev dekabrın 20-də Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburq şəhərində keçiriləcək illik ənənəvi toplantısında iştirak etməyə razılıq verib. Azərbaycan rəhbərliyi ilk dəfə Birliyin sammitində iştirak edəcək. Buna qədər Bakı Ermənistanın bu birlikdə təmsilçiliyini əsas gətirib oradan gələn dəvətləri rədd edirdi. Azərbaycanın xarici siyasətində baş verən bu dəyişikliyin səbələri nədən ibarətdir? 

 

Politoloq Elxan Şahinoğlu saytımıza şərhində Rusiyanın Ermənistana hərbi-siyasi dəstək verməsinin, oradakı hərbi bazalarını moderinləşdirməsinin hamıya məlum olduğunu deyir. Əlavə edir ki, bunun kimə qarşı olduğu barədə suallara Rusiyada konkret cavab verə bilmirlər: “Çünki bir tərəfdən də Azərbaycanı və Türkiyəni tərəfdaş adlandırırlar. O zaman bu hərbi bazalar kimə qarşıdır? Bu sual aktuallığını qoruyub saxlayır. Xatırlamaq lazımdır ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İrəvanda Azərbaycanın əlehinə açıqlamalar verib. Bunlara baxmayaraq, Rusiya Azərbaycanın qonşu dövlətidir, onunla normal iqtisadi, siyasi münasibətlərimiz olmalıdır. İqtisadi, ticari əlaqələrin yüksəlməsi bizim maraqlarımıza daxildir, çünki Rusiyada böyük sayda azərbaycanlılar yaşayır və onlar buradakı ailələrinə vəsait göndərirlər. Bu baxımdan əlaqələri yüksək səviyyədə tutmalıyıq, eyni zaman da siyasi dialoq davam etməlidir”. 

 

Politoloq vurğulayıb ki, işğalın davam etdiyi müddətdə Azərbaycanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü doğru saymır: “Həmin təşkilatlarda işğalçı Ermənistan da təmsil olunur. Biz Ermənistanla eyni hərbi blokda, iqtisadi məkanda yer ala bilmərik. Çünki Avrasiya İqtisadi Birliyi üzv ölkələr arasında iqtisadi inteqrasiyanı nəzərdə tutur. Azərbaycan prezidentini bu təşkilatın Sankt-Peterburq şəhərində keçiriləcək toplantısına dəvət ediblər. Prezidentin həmin tədbirdə iştirakında qəbahət görmürəm. Biz Rusiya ilə iqtisadi əlaqələri gücləndirməliyik. Bu ölkədə siyasi və iqtisadi müstəvinin tamamilə Ermənistanın nəzarətinə keçməsinə də imkan verməməliyik”.(azpolitika) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam