Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

KTMT dərsinin ardınca Nikola Astana zərbəsi

 

 



Yenixeber.org: Ermənistanın KTMT-də baş katiblik vəzifəsini özündə saxlamaq siyasəti iflasa uğradı.

Bunu Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilmiş iclasının yekununu şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Ermənistan siyasi hakimiyyəti məhz təcrübəsizliyi ucbatından KTMT-nin aparıcı dövlətlərinin yarım il ərzində verdiyi mesajları nəzərə almadığı üçün bu cür pis vəziyyətə düşdü:

“KTMT dövlətləri bununla da Ermənistana ciddi bir dərs vermiş oldular. Bu, Ermənistanın növbəti məğlubiyyətidir. Belə ki, üzv dövlətlər Ermənistanın baş nazir əvəzi Paşinyanın rəyini nəzərə almadan qərar qəbul edəcəklər və nəticədə təşkilatın yeni baş katibi Belarusdan olacaq”.

Politoloq KTMT “təcrübəsinin” Ermənistana Avrasiya İttifaqı daxilində özbaşına hərəkət etməməsi üçün bir dərs olacağını bildirib:

“Ermənistan gələn il Avrasiya İttifaqına sədrlik edəcək. Burada maraqlı bir məqam var. Ermənistanın sədr olmasına baxmayaraq, ilk zirvə toplantısı Astanada keçiriləcək. Bu digər Avrasiya ölkələrinin Ermənistanın cari siyasətindən narahatlığının göstəricisidir. Avrasiya İttifaqının ilk iclasının İrəvanda deyil, məhz Astanada planlaşdırılması Ermənistana öz yerini bilməsi ilə bağlı daha bir ismarışdır. Paşinyanın sammitdə iclaslardan birinin İrəvanda keçiriləcəyinə ümid etdiyini bildirməsi o deməkdir ki, Nikol da səhvini başa düşür və tamamilə üzvlüyünü itirməmək üçün bu məsələdə iddialı deyil”.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam