Venesuela- müxalifətlə danışıqlardan imtina edib
Venesuela Prezidenti Nikolas Maduro 8-9 avqustda ölkə nümayəndələrini müxalifətlə danışıqlara göndərməmək qərarına gəlib.
Yenixeber.org: Bunu ölkənin kommunikasiya naziri Xorxe Rodriqes bildirib.
O bu qərara səbəb kimi ABŞ prezidenti Donaold Tramp administrasiyası tərəfindən sərt aqressiyanın olmasını göstərib.
Nazir əlavə edib ki, ölkə hakimiyyəti proses üçün effektiv mexanizmlər hazırlanmayana qədər danışıqlarda bir məna görmür.