Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Suriyanın şimalında “kürd dalanı”

Ankara və Vaşinqton “təhlükəsizlik zonası” mövzusunda niyə anlaşa bilmir? 

Yenixeber.org: Hazırda ABŞ və Türkiyə münasibətlərində əsas düyün nöqtələrindən biri də Suriyanın şimalıdır. Hətta o qədər ki, indi ABŞ və Türkiyə rəsmilərinin danışıqlarında Suriyanın şimalındakı vəziyyət S-400 və F-35 böhranı ilə bərabər müzakirə olunur. Sonuncu dəfə Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akarla Mark Esper arasında telefon danışığında iki əsas mövzudan biri Suriyanın şimalı olub.

Türkiyə mətbuatının yazdığına görə, Akar amerikalı həmkarına bildirib ki, Vaşinqton və Ankara anlaşa bilməsə, o zaman Türkiyə ordusu Suriyanın şimalında təkbaşına “təhlükəsiz bölgə” yaradacaq. Türkiyə müdafiə naziri deyib ki, Ankara ABŞ-ın YPG/PKK-ya dəstəyini dayandırmasını gözləyir. Akar bildirib ki, Türkiyənin cənubunda “terror dəhlizi” qurulmayacaq.

Sitat: “Təhlükəsiz bölgədən bütün YPG/PKK silahlıları tamamən çıxarılmalı, təhlükəsiz bölgə 30-40 kilometr dərinlikdə yerləşməli, YPG/PKK-nın bölgədə düzəltdiyi bütün tunel, səngər və blindajlar məhv edilməli, təhlükəsiz bölgə ABŞ-la koordinasiyalı şəkildə Türkiyənin nəzarətinə verilməlidir”.

Qeyd edək ki, Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılması ideyası ilk dəfə 2012-ci ildə gündəmə gəlib. O zaman təklif olunurdu ki, Türkiyə öz əraziləri üçün təhdidin qarşısının alınması, qaçqınların yerləşdirilməsi və sərhədlərin təhlükəsizliyinin qorunması üçün Suriya ərazisinə daxil olub burada xüsusi qorunan zona yaratmalı idi. Ancaq Türkiyənin bu təklifi qəbul olunmadı, daha sonra isə İŞİD təhlükəsi və ABŞ-ın Suriyanın şimalına qüvvə göndərməsindən sonra isə Vaşinqton bu mövzuya isti yanaşmadı. Ancaq Türkiyə 2016-cı ilin avqustunda “Fırat Kalkanı” əməliyyatı, 2018-ci ilin əvvəlində İSƏ “Zeytin dalı” əməliyyatı ilə Suriyanın şimalına daxil olaraq bir neçə rayonu İŞİD və kürd qüvvələrindən azad etdi. Lakin buna baxmayaraq, hazırda Suriya və Türkiyə arasında mövcud olan 900 kilometrlik sərhədin yarıya qədəri kürd silahlılarının nəzarətindədir. Bu isə Ankaranı narahat edir. Çünki Suriyadakı kürd qüvvələri PKK-nın tərəfdaşıdır, üstəlik, Suriyada yeni keçid dövründə kürdlərin muxtariyyət əldə etməsi böyük ehtimalla reallaşacaq. Türkiyə isə sərhədlərində PKK müttəfiqi olan qrupun muxtariyyətinin olmasını istəmir.

usa turkey ile ilgili görsel sonucu

Ancaq 2018-ci ilin dekabrında ABŞ prezidentinin ordunu Suriyadan çıxaracağını elan etməsi “təhlükəsiz zona” mövzusunu yenidən gündəmə daşıdı. Ancaq Türkiyənin Suriyada qurmaq istədiyi “təhülkəsiz zona” Vaşinqtonu o qədər də qane etmir. Daha dəqiqi, Ankara və Vaşinqton arasında bu mövzuda fikir ayrılığı var, baxmayaraq ki, Vaşinqton da “təhlükəsiz zona” fikrinə etiraz etmir. Lakin məsələ ondadır ki, hazırda ABŞ-ın kürdlər bölgəsində bəzi rəqəmlərə görə 25, bəzilərinə görə 18 hərbi bazası və 2 minə yaxın hərbi qulluqçusu var. Üstəlik, Vaşinqton YPG ilə son 5 ildə yaxından əməkdaşlıq edib və Suriyada İŞİD-in məhv edilməsində faktiki olaraq birgə hərəkət edib. İndi isə Vaşinqton Suriya kürdlərini Ankara qarşısında köməksiz qoymaq istəmir.

Daha dəqiq ifadə olunsa, hazırda Ankara və Vaşinqton arasında Suriyanın şimalında “təhlükəsiz zona” ilə bağlı 3 məsələdə uzlaşma yoxdur. Bunlar: “Təhlükəsiz bölgə”nin dərinliyi, bölgəyə nəzarət mexanizmi və YPG-nin taleyidir.

Hələ 2018-ci ilin iyununda ABŞ və Türkiyə xarici işlər nazirləri arasında ilin sonuna qədər Menbic bölgəsinin Türkiyənin nəzarətinə verilməsi ilə bağlı anlaşma əldə olundu. Nə bu, nə də daha sonra “təhlükəsiz zona” mövzusu tam razılaşdırılmadı. Yeri gəlmişkən, 10 gün əvvəl ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Ankaraya gəldi və müdafiə naziri Akar, eləcə də prezidentin sözçüsü İbrahim Kalınla danışıqlar apardı. Həmin vaxt Türkiyə Suriyanın şimalına ordu yığırdı. Ancaq sonradan məlum oldu ki, Fəratın şərqində əməliyyat ləngidilib.

YPG ile ilgili görsel sonucu

Ancaq məlum oldu ki, amerikalıların Suriyanın şimalında “təhlükəsiz bölgə” ilə bağlı təklifləri Ankaranı o qədər də qane etmir. Və amerikalılarla türklər 3 mövzuda anlaşa bilmir:“Təhlükəsiz zonası” Suriyanın içlərinə doğru nə qədər uzanacaq, bu bölgəyə kim nəzarət edəcək və YPG-nin bu bölgədəki taleyi. Maraqlıdır ki, Ankarada bu danışıqlar gedən vaxtda ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) komandanı generalı Kennet Makkenzi Suriyanın şimalında YPG-nin də daxil olduğu (əslində isə əsas qüvvəsini YPG təşkil edən - K.R.) Suriya Demokratik Qüvvələri (SDQ) komandiri Mazlum Kobani ilə görüşdü. General Makkenzi bildirdi ki, Türkiyənin legitim təhlükəsizlik narahatlıqları var və onlar bu narahatlıqlarla İŞİD-ə qarşı mübarizə arasında balans yaratmağa çalışırlar. Təbii ki, general kürdlərin hələ də onlar üçün İŞİD-ə qarşı əsas müharibə müttəfiqi olaraq qaldığına işarə edirdi.

Ancaq Türkiyə hökuməti amerikalıların vaxt uzatmasından narazıdır. Ötən həftə prezident Ərdoğan deyib ki, Amerika ilə danışıqların necə yekunlaşmasından asılı olmayaraq Fəratın şərqindəki terror dəhlizi parça-parça ediləcək. Sitat: “Nə lazımdırsa edəcəyik, icazə almağa ehtiyacımız yoxdur”.

YPG/PKK ile ilgili görsel sonucu

Lakin aydın məsələdir ki, Türkiyə 25 ABŞ bazasının yerləşdiyi və Yaxın Şərqdəki ABŞ hərbi hava donanmasının nəzarət etdiyi bölgəyə razılaşdırılmamış hücum etmək istəmir. Bu, ağır nəticələrə gətirə bilər. Bu səbəbdən də Ankara danışıqların nəticəsini gözləyir. Ancaq belə anlaşılır ki, nəticə olmayacaq. Doğrudur, daha əvvəl ABŞ prezidenti Türkiyəyə 20 mil, yəni 32 kilometr dərinliyində “təhlükəsizlik zonası” təklif edib. Amma indi belə görünür ki, Vaşinqtonda bu məsələdə fikir ayrılığı var. Üstəlik, Vaşinqton istəyir ki, Türkiyə-Suriya sərhədində qurulacaq “təhlükəsiz zona”da yalnız Türkiyə ordusu deyil, ABŞ-ın müttəfiqləri, əsasən Avropa ölkələrinin orduları da yerləşdirilsin. Yəni bir mənada bu qüvvələr həm də YPG-ni Türkiyə ordusundan qoruyacaq. Doğrudur, hələlik Avropa ölkələri bu təklifə isti yanaşmır, Almaniya isə açıq şəkildə Suriyaya ordu göndərməkdən imtina etdi. Ancaq belə anlaşılır ki, Vaşinqton Türkiyə və YPG arasında 3-cü hərbi gücü yerləşdirməkdə qərarlıdır.

YPG ile ilgili görsel sonucu

YPG isə maraqlıdır ki, “təhlükəsizlik zonası” fikrinə etiraz etməsə də, 30 deyil, 5 kilometr olmasını istəyir. Bu barədə ötən həftə SDQ komandanı Mazlum Kobani açıqlama verib. Sitat: “Biz də SDQ olaraq təklifimizi amerikalılara verdik. Uyğun təklifimiz var. Zolaq 30 deyil, 5 kilometr olsun. Buradakı YPG qüvvələrini geri çəkə bilərik, onların yerinə yerli silahlıları qoyarıq, 5 kilometr içərisindəki ağır silahları da çıxara bilərik. Bunun əvəzində Türkiyə bizə hücum etməyəcəyi ilə bağlı öhdəlik götürsün, ara zonada isə beynəlxalq güclər olsun. Bu zonada Türkiyənin olmasını istəmirik, çünki Türkiyə tərəfdir”.

Göründüyü kimi, vəziyyət o qədər də sadə deyil. Faktiki olaraq, Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılması dalana dirənib. Üstəlik, hazırda Türkiyə və ABŞ arasında S-400 mövzusunda dərin fikir ayrılığının olduğu bir vaxtda bu məsələnin rahatlıqla həllini tapacağı inandırıcı görünmür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam