Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə ABŞ-ın "yeni" təklifini qəbul etməyəcək-"...sadəlövh cəhddir..."

 

ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaq planı iki ölkə arasındakı problemləri həll edə bilməz.

Yenixeber.org: Bu sözləri Türkiydə Müdafiə naziri Hulusi Akarın ABŞ-ın planının bölgədə qarşıdurma yaratması ilə bağlı açıqlamasını RT-yə şərh edən rusiyalı iqtisadi ekspert Vladimir Fitin deyib.

"Bu addım amerikalıların Türkiyə ilə əlaqələrini normallaşdırmaq üçün görülən tədbirdir. Çox sadəlövh cəhddir, çünki amerikalılar Ankara rəhbərliyinin mövqeyini çox yaxşı bilir. Buna görə hesab edirəm ki, ABŞ-ın bu "yeni" təklifləri Türkiyə rəhbərliyi tərəfindən qəbul edilməyəcək. Aralarındakı münasibət olduğu kimi qalacaq".

Fitin onu da qeyd edib ki, ABŞ-ın başlıca hədəfi ən azı Suriyanın şimal-şərqində, ölkənin əsas neft yataqlarının olduğu geniş sahədə söz sahibi olmaq və Suriya hökumətinin bu bölgədə yayılmasının qarşısını almaqdır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bağlı planının münasibətləri korlayacağını və bununla bağlı ABŞ-dakı həmkarları ilə danışıqlar apardığını demişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam