Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qalmaqal yeni başlayır, böhran dərinləşəcək“

 

Tanınmış jurnalist: “Korrupsiyaya görə "Azadlıq" radiosunun adının hallanması çox kədərlidir“

"Xeberinfo.com":   “Yeni Müsavatın“ dünənki sayında özəl mənbələrə istinadən hazırlanmış“ Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb“ yazısı ictimaiyyət arasında geniş rezonans doğurub. Yazıya Azadlıq Radiosunun rəhbərliyi də reaksiya verib və onu “təxribat” adlandırıb. Lakin ortada olan gerçəklik məqalədəki iddiaların təxribat yox, gerçək olduğunu göstərir. 

İsveçrədə yaşayan müxbirimiz Elbəyi Həsənli sözügedən yazıya Azadlıq Radiosunun Azərbaycan redaksiyasının 16 il müdiri olmuş (1987-2003)  Mirzə Xəzərin də rəyini öyrənib. 
-Bir zamanlar korrupsiyaya qarşı mübarizənin carçısı kimi tanınmış "Azadlıq" radiosunun bu gün korrupsiya halları ilə yanaşı adının çəkildiyini görmək çox kədərlidir. 50 il ərzində ağır zəhmət nəticəsində əldə edilmiş şöhrət və etibarın qısa müddətdə bu şəkildə xərclənməsi ikiqat kədərlidir. Radio ilə əlaqəm yoxdur və göstərilən faktlar barədə fikir yürütməm çətindir.
Xədicə həbsdə yatdığı üçün ona qarşı irəli sürülən ittihamları da şəxsən mənim şərh etməyim etika çərçivəsini aşar. Lakin Radioda baş verənlər haqqında ümumi şərh verə bilərəm. Radionun Bakı bürosu bağlanandan və Xədicə həbs ediləndən sonra Qərbin rəsmi dairələri, eləcə də Azad Avropa/Azadlıq radiolarının rəhbərliyi Azərbaycan hakimiyyətinin bu hərəkətlərini mətbuat azadlığını pozmaq cəhdi adlandırıb məhkum etsə də, jurnalisti hökuməti tənqid etdiyinə görə həbsə atdığı üçün rəsmi Bakını qınasa da, aydın idi ki, radionun içində yaranmış problemlər Vaşinqtonda ciddi narahatlığa səbəb olmuşdur. Bu narahatlığın nəticəsidir ki, Vaşinqtonda və Praqada Radionun Azərbaycan redaksiyasının fəaliyyətini ciddi şəkildə yoxlamaq üçün xüsusi qrup yaradılmışdır. 
Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyətinin bu il mart ayında Bakıya gözlənilməz səfəri Vaşinqtonda və Praqada Azərbaycan redaksiyası sarıdan təşvişin ciddiliyini göstərirdi. Təsadüfi deyildir ki, Ceff Trimbl və Amerika Birləşmiş Ştatlarının Yayım Şurasının maliyyə məsələləri üzrə rəsmisinin ən mühüm görüşü Azərbaycanın Vergilər Nazirliyində keçirilmişdir. Məhz burada onlara “Azadlıq Radiosu”nun Azərbaycan Respublikasındakı nümayəndəliyində aparılan vergi yoxlamalarının nəticəsi barədə məlumat verilmişdir. 
"Azadlıq" radiosuna hamilik edən bir qurumun rəsmilərinin həbsdə yatan Xədicənin taleyi ilə maraqlanmaması diqqəti cəlb edirdi. Bu, başqa məsələdir. Ceff Trimblın vergi məsələsinə həssaslıqla yanaşması təsadüfi deyildir. 1998-1999-cü illərdə "Azadlıq" radiosunun Rus bölməsinin Moskva bürosunda vergidən yayınmaq üzündən böyük qalmaqal yarandı. Amerika Birləşmiş Ştatlarında vergidən yayınmaq ən ağır cinayətlərdən biri olduğu üçün qalmaqalın sədası Vaşinqtona çatdı. Azad Avropa/Azadlıq radiolarının proqram üzrə müdiri Robert Jillet dərhal Moskvaya getdi. Qalmaqalı aradan qaldırdı və Praqaya qayıdan kimi bütün məsuliyyətini boynuna götürərək könüllü olaraq istefa etdi və radiodan getdi. Onun yerini Jilletin müavini Ceff Trimbl tutdu. Trimblın canfəşanlığını başa düşmək olar. O, Jilletin aqibətini yaşamaq istəmir.
"Azadlıq" radiosunun Azərbaycan Redaksiyasının verilişləri barədə bir neçə söz. Azərbaycan Redaksiyasının son illərdə tez-tez siyasi istiqamətini dəyişməsi üçün təkcə redaksiyanın əməkdaşları məsuliyyət daşımır. Radionun yuxarısında oturan və proqram üçün cavabdeh olanların burada günahı vardır. 2003-cü ildən sonra Azərbaycan Redaksiyasının izlədiyi xəttə diqqətlə baxdıqda açıq-aşkar bir təzadın şahidi olursan. 
Menecerlərin qərarına uyğun olaraq 2008-ci ilədək hökumətə məddahlıq edən radio, sonrakı illərdə açıq müxalifət mövqeyində bərqərar olmuşdur. Bu təzad radionun tarixində nadir hadisə deyildir. 1990-cı illərdə Azərbaycan Redaksiyasının rəhbəri əvvəlcə mərhum Heydər Əliyevə mikrofon verdiyi üçün menecerlər tərəfindən tənqid atəşinə tutuldu, sonra Heydər Əliyevi tənqid etdiyi üçün memorandum hücumuna məruz qaldı. Bir zamanlar menecerlərin "erməni işğalçıları" sözünü qadağan etməsini də unutmaq olmaz. Çox məzəli illər idi. Qayıdaq 2015-ci ilin qalmaqalına.
"Yeni Müsavat" haqlıdır: "Azadlıq Radiosu kimi nüfuzlu bir qurumun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi diqqətindədir. Vaşinqton Azərbaycan-Qərb münasibətlərinin kəskinləşdiyi vaxtda Azadlıq Radiosunun işgüzar nüfuzuna ziyan vuran əməllərə görə narahatlıq keçirir". Amma son hadisələrə görə yalnız Azərbaycan redaksiyasının rəhbərliyinin məsuliyyət daşıdığını söyləmək yanlışdır. Əlbəttə, redaksiyanın həm Praqa, həm də Bakıda dərin bataqlığa düşməsi üçün rəhbərləri cavabdehdir, lakin Radionun Praqa qərargahının yuxarı mərtəbələrində oturan məmurları özlərini məsuliyyətdən azad edə bilməzlər. Fikrimizcə, "Azadlıq" radiosunun Azərbaycan Redaksiyasının səbəb olduğu qalmaqal hələ indi başlayır. Bu böhran hələ ən yüksək nöqtəsinə çatmayıb. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam