Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qarabağ - “düyünü”nə vurulan yeni “düyün”

Bakıdan düşmənə və həmsədrlərə daha bir müharibə anonsu gəldi; politoloq: “Rusiya şərt qarşılığında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytara bilər...”

Yenixeber.org: İlin 6 ayı arxada qalmaqdadır. Təəssüf ki, “Qarabağ yükü” hələ də köhnə yerindədir. Azərbaycanın və Ermənistan xarici işlər nazirləri səviyyəsində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə reallaşan son Vaşinqton görüşü də (bu, ABŞ-da Qarabağla bağlı 19 ildən sonra baş tutan ilk görüş idi) nizamlama prosesinə təkan vermədi. Bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov  müsahibəsində bir daha təsdiq edib.

Sitat: “Məlum məsələdir ki, əgər məqsəd həlli uzadılmış münaqişəni həll etməkdirsə, burada nəticəyə yönəlik addımlar atılmalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Təəssüf ki, bu dediklərim Vaşınqton görüşünün nəticəsi kimi təqdim edilə bilməz. Bu görüş daha çox bundan öncəki Paris və Moskva görüşlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri ətrafında müzakirələr kimi xarakterizə edilə bilər. Əlbəttə ki, müzakirələr hər zaman faydalıdır, lakin nəticə olmayanda hətta faydalı müzakirələrin belə labüdlüyü sual doğura bilir... Ümumilikdə, Vaşınqton görüşü faydalı oldu, lakin o, bir daha göstərdi ki, əgər biz münaqişənin diplomatik yollarla həllinə nail olmaq niyyətimizdə səmimiyiksə, o zaman danışıqlar prosesinin hazırkı mərhələsində və bundan sonra konkret nəticələrə yönəlik addımlardan boyun qaçırmaq çətin olacaq, hətta mümkün olmayacaq”.

*****

Göründüyü kimi, Məmmədyarov da artıq açıq etiraf edir ki, nəticəyə hesablanmayan müzakirələrə, görüşlərə lüzum qalmaya bilər. Azərbaycanın xarici işlər naziri ilə anlaşmayan onun müdafiə naziri ilə anlaşmalı olacaq. Bu, rəsmi Bakının təkcə işğalçı tərəfə deyil, həm də və bəlkə də daha çox vasitəçi dövlətlərə mesajıdır ki, onlar ya sülh danışıqlarına real dinamizm gətirmək üçün konkret tədbirlər görməyə tələssinlər, İrəvana ortaq təzyiq mexanizmi tapsınlar, ya da müharibə qaçılmaz olacaq. Ona görə ki, dəfələrlə vurğuladığımız kimi, atəşkəs ya sülh anlaşması ilə, ya da müharibə ilə bitir. Status-kvo, işğal rejimi sonsuzadək uzana bilməz.

nikol paÅinyan ile ilgili görsel sonucu

Artıq erməni tərəf, baş nazir Nikol Paşinyan da etiraf edib ki, Qarabağ müharibəsi hələ bitməyib. Belədirsə, İrəvan başa çatmayan müharibənin şərtləri əsasında sülh tələb edə, diktə edə bilməz. Məntiqlə ya müharibə başa çatmalıdır, - hansı yeni müharibə ki, cəbhə xəttinin yerini Qarabağdan Ermənistanla sərhədə qədər uzaqlaşdıra bilər, - ya da işğalçı ölkə daşı ətəyindən töküb konfliktin beynəlxalq hüquq normaları, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində həllinə razı olmalıdır. Üçüncü yol - atəşkəs yolu artıq özünü tükədib. Bu yol 26 ildə bir real nəticəyə gətirməyib.

*****

Sözsüz ki, iki variantdan hansı birinin seçilməsi öncəliklə 3 vasitəçi dövlətdən, daha çox da Rusiyadan asılı olacaq. Rusiya isə əfsuslar olsun ki, Dağlıq Qarabağ probleminə müstəsna olaraq, özünün regiondakı geosiyasi maraqları prizmasından baxır, ABŞ-la geosiyasi rəqabətdə mühüm rıçaq hesab edir, nəinki onun həllinə maraq göstərir. Elə ABŞ da belə görünür ki, bu problem hesabına ən əvvəl bölgədə Rusiyanı sıxışdırıb çıxarmaq və İran əleyhinə əlverişli geosiyasi platforma əldə eləmək niyyəti güdür. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Çon Boltonun ötən ilin oktyabrında bölgəyə etdiyi səfər, keçən həftə isə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşü buna şübhə yeri saxlamır.

Bir çox analitiklərə görə, rəsmi Vaşinqton Qarabağ məsələsinə hər şeydən öncə İranla münasibətlər prizmasından baxır. Rusiyanın da öz maraqları var. Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldığını” söyləyib. Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə prosesin davam etdirilməsinin dəstəklənməsi olub: “Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir”.

*****

Politoloq CümÅüd Nuriyev ile ilgili görsel sonucu

Politoloq Cümşüd Nuriyevin isə məsələyə maraqlı yanaşması var (Teleqraf.com). O, qonşu Gürcüstanda son baş verən hadisələrə nəzərən deyib: “Hesab edirəm ki, Rusiya Gürcüstanda udsa, birmənalı olaraq Ermənistanda hakimiyyət dəyişəcək, Kremlin adamı iqtidara gələcək. Azərbaycanın sərbəst siyasət yürütməsi də Rusiyanın maraqlarını əks etdirmir. Rusiya çalışacaq ki, Azərbaycanı ram etmək məqsədilə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarsın. Bundan sonra Azərbaycanın Avrasiya İttifaqı və KTMT-yə üzv olmasını istəyəcək. Yəni rayonların qaytarılması əvəzində hansısa şərtlər ola bilər”.

ABŞ prezidenti Donald Trampın qeyri-adekvat hərəkət edən dövlət başçısı olduğunu vurğulayan politoloq hesab edir ki, Qərb bu günə qədər həmişə Azərbaycanın maraqlarını xristian həmrəyliyi prizmasından satıb: “Azərbaycan nə Rusiyaya, nə də ABŞ-a inanır. Çünki bu günədək onların atdıqları addımlar heç vaxt ədaləti dəstəkləməyib. Bu mənada Rusiyanın Gürcüstanda üstünlüyünü təmin etməsinin bizə də ciddi zərəri dəyə bilər, bizi narahat edən də budur”, - deyə o qeyd edib.

Beləcə, Qarabağ “düyünü” açılmaq əvəzinə ona yeni “düyün” vurulur. Yaranmış durumda Azərbaycan dövlət olaraq, təbii ki, Dağlıq Qarabağla bağlı daha ölçülü-biçili, bölgə ətrafındakı situasiyada gəlişmələri nəzərə almaqla çevik siyasət yürütmək zorundadır. Sözsüz ki, işğalçı ölkədə gedən proseslər və onun rəhbərliyinin davranışları, siyasi manevrləri də diqqət mərkəzində saxlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam