Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məmmədyarov İrəvanı təşvişə saldı:ABŞ görüşü...

 

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin gələcək görüşünün həmsədr ölkələrdən birində keçirilməsi imkanı müzakirə edilir.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

“Məsələ hələ də müzakirə mərhələsindədir. Birtərəfli anonslar və ictimai diskussiyalar praktikasından qaçmaq lazımdır. Görüşün vasitəçi ölkələrdən birinin ərazisində keçirilməsiylə bağlı vaxtından əvvəl verilən bəyanat proses iştirakçılarına münasibətdə, o cümlədən adı çəkilən həmsədrə qarşı hörmətsizlikdir”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da Dövlət katibi Mayk Pompeonun vasitəçiliyi ilə keçirilə biləcəyini söyləyib.

Tərəflər arasında bundan öncəki görüş Rusiya XİN rəhbəri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada baş tutub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam