NEFTİN QİYMƏTİ NİYƏ ARTIR? –İran faktoru və digərləri
Neftin qiyməti 2014-cü ilin noyabr ayından indiyədək ən yüksək səviyyəyə qalxıb. İndi onun bir barelinin qiyməti 80 dollara yaxındır, çünki geosiyasi xarakterli qorxular neftin tədarüki ilə əlaqədar problemlərin meydana gələ biləcəyi təhlükəsi yaradır.
Yenixeber.org: Beynəlxalq standart sayılan “Brent” markalı xam neftin qiyməti il ərzində, demək olar ki, yarım dəfə yüksəlib.
Ekspertlərin sözlərinə görə, neftin qiymətinin qalxması yüksək inflyasiyanın öhdəsindən gəlməyə çalışan mərkəzi banklar üçün sınaqdır.
“BP”, ”Shell” və “Eni” kimi Avropanın böyük neft şirkətlərinin səhmlərinin qiyməti qalxıb. ”Barclays” bankı neftlə bağlı illik orta qiymət proqnozunu 62 dollardan 73 dollara yüksəldib. Bəzi digər banklar hesab edirlər ki, gələn il neftin qiyməti 100 dollara çatacaq.
Neftin qiymətinin yüksəlməsinə səbəb olan amillər aşağıdakılardır:
- Donald Tramp
Amerika prezidentinin İranla bağlanmış nüvə müqaviləsindən birtərəfli qaydada çıxmasına görə bazarlar İran xam neftinin ixrac olunmasındakı azalmanı nəzərə aldı. İran dünya neftinin 4 faizini hasil edir və bu, təxminən bir gün ərzində 2,4 milyon barel deməkdir.
2012-ci il sanksiyasından sonra Yaxın Şərqdən ixrac olunan neftin həcmi, təxminən, bir gündə 1,2 milyon barel azalmışdı. Bu dəfə vəziyyət başqa cürdür, çünki Avropa Birliyi bəyan edib ki, onlar sövdələşmənin şərtlərini yerinə yetirəcəklər və İrana qarşı sanksiya tətbiq etməyə hazırlaşmırlar.
Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyinin nümayəndələri bildiriblər: “Bu dəfə nəyin baş verəcəyini söyləmək çox tezdir, lakin biz İranın neft istehsalının azalmasını kompensasiya edərək bazara normal neft çatdırılmasını təmin etməkdən yana digərlərinin hasilatı necə artıracaqlarını da anlamalıyıq”.
Dünyada ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı artıq bildirib ki, İranla baş vermiş vəziyyətlə əlaqədar çatışmayan istənilən həcmi doldurmağa hazırdır.
- Səudiyyə Ərəbistanı və Rusiya
Artıq 17 aydır ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılığı ilə neft hasil edən ölkələrin istehsalı azaltması öz nəticələrini verir. Neft karteli OPEK və onun tərəfdaşları tərəfindən tətbiq olunan hasilatın azaldılması tələb və təklifi yenidən tarazlaşdırılmış vəziyyətə qaytarıb. Hətta bu yaxınlarda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, ”tapşırıq yerinə yetirilib”.
OPEK və Rusiya birlikdə dünya neftinin 40%-ni hasil edirlər. Neftin qiymətinin qalxmasına baxmayaraq, hasilatın azaldılmasında razılığa gələn ölkələr hələ ki, təəccüblü olsa da, sözəbaxandırlar və hasilatı artırmayıblar.
Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirləri əməkdaşlıq münasibətləri qurublar və indi bu iki ölkə nümayəndələrinin sözlərinə görə, onlar “çiyin çiyinə” dayanıb razılaşdırılmış mövqeni qoruyurlar.
Gözlənildiyi kimi, OPEK üzvləri Vyanada keçiriləcək görüşdə əldə olunan razılaşmanın müddətinin bitdiyi vaxta kimi (2018 dekabr) hasilata qoyduqları məhdudiyyətin davam etdirilməsi məsələsini müzakirə edəcəklər. Amma bu cür qərarların qəbulu aşağıdakı faktorlara görə çətinləşib:
- Venesuela
Siyasi və iqtisadi böhran içərisinə qərq olmuş və neft ehtiyatı ilə zəngin olan Cənubi Amerikanın bu ölkəsində vəziyyət elə həddə gəlib ki, xam neftin istehsalı kəskin düşüb. Nəticədə yaranmış kollaps bazarın gözləniləndən də sürətli daralmasına gətirib çıxarıb. Hasilat elə bir səviyyədə aşağı düşüb ki, Venesuela neft hasilatını Səudiyyə Ərəbistanından da çox azaldıb.
Venesueladakı vəziyyət pisləşdiyinə görə Beynəlxalq Enerji Agentliyi bu ölkədəki neft sənayesinin qaranlıq gələcəyini təsvir edir: ”Venesuelanın köhnələn yataqlarında hasilat sürətlə azalır. Vəziyyət həm də ona görə pisləşir ki, ”Petroleos de Venezuela”dakı (dövlət neft-qaz şirkəti) aşağı məvacibə, əmək mühafizəsindəki problemlərə və təhlükəsizlik məsələlərinə görə çox sayda əməkdaş tələf olub”.
- Geosiyasət
İran və Venesuela neftin qiymətinin qalxmasına səbəb olmuş geosiyasi sabitsizliyin yeganə mənbəyi deyillər. ”Mitsubishi UFJ” maliyyə şirkətinin nümayəndələri bununla əlaqədar bildiriblər: “Səudiyyə Ərəbistanı və İran münasibətlərindəki gərginliyin şiddətlənməsi, İraqda, Liviyada, Suriyada, Yəməndə davam edən münaqişələr regiondakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Hərçənd ki, İran və Səudiyyə Ərəbistanı arasındakı birbaşa hərbi qarşıdurma az ehtimal olunur, amma bu regiondakı münaqişələrin intensivləşdirilməsi sabitliyi poza bilər”.
Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir ki, bu yaxınlarda baş verən geosiyasi hadisələr gələcəkdə neftin qlobal miqyasdakı tədarükündə qeyri-müəyyənliyi gücləndirə bilər.
- Qlobal iqtisadiyyat
Bu gün qlobal miqyasda iqtisadiyyat güclüdür və Beynəlxalq Valyuta Fondu 2018-ci il üçün 3,9% böyümə proqnozlaşdırır. Sağlam iqtisadi aktivlik neftin qiymətinin yüksəlməsinin mühüm faktorudur, lakin müşahidəçilər xəbərdarlıq edirlər ki, xam neftin qiymətinin bu cür yüksəlməsi tələbin azalmasına gətirib çıxara bilər.
Beynəlxalq Enerji Agentliyinin eksperti bilirib: “Qiymətdəki belə böyük sıçaryış (əgər keçən ildən hesablasaq) tələbə təsir etməzsə, onda bu hədsiz qəribə olar”.
Bu müşahidə orqanı yaxın günlərdə neftə olan qlobal tələbatın böyümə səviyyəsini bir qədər endirərək, bir gün üçün 1,5 milyon bareldən 1,4 milyon barelə salıb. Bu isə yüksək neft qiymətlərinin təsirini göstərir. Gözlənilir ki, bu ilki tələbat orta hesabla bir gündə 99,2 milyon barel olacaq.
Qiymətin qalxmasına təsir göstərə biləcək digər bir faktor isə yüksək qiymətlərə görə şist neft hasilatının artmasıdır. Hal-hazırda şist neftinin ABŞ-dakı hasilatı rekord səviyyədədir. ABŞ şist neftinin hasilatı iki il bundan öncənin göstəricisi ilə müqayisədə yarım dəfə çoxalıb.
Amma “Goldman Sachs” şirkətinin ekspertləri deyiblər: ”Şist nefti tədarükün indiki problemlərini həll edə bilməz”.
(“The Guardian”-Böyük Britaniya)